Bu gün, 13:00 0 Maraqlı

Giorgio Armaninin mirası kimə qalacaq?

Giorgio Armaninin mirası kimə qalacaq?
Reuters yazır ki, 91 yaşında vəfat edən əfsanəvi italyan modelyer Corco Armaninin varisi ola biləcək şəxslər artıq müəyyənləşib. Dizaynerin övladı olmadığı üçün onun sərvəti və biznesi ailə üzvlərinə keçəcək.

Mümkün varislər arasında kiçik bacısı, iki bacısı qızı, bir bacısı oğlu və uzun illər onunla çiyin-çiyinə çalışan, ailənin bir parçası sayılan Pantaleo Del Orkonun adı çəkilir.

Armani imperiyası 2024-cü ildə təxminən 2,3 milyard avro sabit gəlir gətirib.

Dahi modelyer 4 sentyabrda, 91 yaşında yaxınlarının əhatəsində dünyasını dəyişib. Ölüm səbəbi açıqlanmayıb.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: