Bu gün, 14:00 0 Dünya

Aİ–Google müharibəsi böyüyürmü? Tramp qarışdı

Aİ–Google müharibəsi böyüyürmü? Tramp qarışdı
Qeyd etdiyimiz kimi, Avropa Komissiyası Google şirkətinə onlayn reklam bazarında dominant mövqeyindən sui-istifadə etdiyi üçün təxminən 3 mlrd avro cərimə kəsib. Araşdırmaya görə, şirkət 2014-cü ildən bəri öz xidmətlərinə üstünlük verərək rəqiblərə, reklamverənlərə və onlayn nəşriyyatlara ziyan vurub.

Google-a 60 gün ərzində anti-rəqabət təcrübəsini dayandırmaq üçün tədbirlər planı təqdim etmək tapşırılıb.

Ancaq ilk reaksiya Google-dan yox, ABŞ prezidenti Donald Trampdan gəlib. O, sosial şəbəkəsində yazıb:

“Amerikalı vergi ödəyiciləri bunu qəbul etməyəcək. Bu, çox ədalətsizdir. Mənim administrasiyam bu diskriminasiyaya imkan verməyəcək.”


Tramp əlavə edib ki, Google indiyədək ümumilikdə 16,5 milyard dollar məbləğində cərimələr ödəyib:

“Avropa İttifaqı dərhal bu praktikanı dayandırmalıdır!”


Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: