"İlham Əliyev ATƏT sədrinə BİR DAHA XATIRLATDI!" EKSKLÜZİV
Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri İan Borqunu qəbul edərkən Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin zəruri olduğu fikrini bir daha ona xatırladıb. İlham Əliyev ATƏT sədri ilə əvvəlki görüşündə də Minsk Qrupunun tarixə qovuşduğu söyləmişdi. Azərbaycan ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini bərpa edib. Ermənistan mövcud reallığı qəbul edib. Belə olan halda keçmişdə Qarabağ probleminin həlli məqsədilə yaradılan və nəticə əldə etməyən Minsk Qrupunun özünü buraxdığı barədə açıqlama niyə verilmir?
Bununla bağlı Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politooq Elxan Şahinoğlu Ulusum.az-a açıqlamasında danışıb.
Politoloq bildirir ki, Minsk Qrupunun keçmiş həmsədri olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov 24 iyun 2022-ci ildə azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə “Minsk Qrupu fəaliyyətini dayandırıb” açıqlamasını vermişdi. Minsk Qrupunun digər həmsədri olan ABŞ da Minsk Qrupuna ehtiyac görmür.
"ABŞ dövlət katibinin Qafqaz üzrə müşaviri Filip Riker 2022-ci ilin noyabrın 17-də verdiyi açıqlamada, faktiki Lavrovun sözlərini bu şəkildə təkrarlayıb: “Minsk Qrupu mexanizmi işləmir. Vaşinqton Azərbaycanla Ermənistan arasında sülh quruculuğuna dəstək verir”.
Beləliklə, Minsk Qrupunun 3 həmsədrindən ikisi bu təşkilatın fəaliyyətinə ehtiyac duymadığını bildirib. Ermənistanın baş naziri Nikol Paşinyan da mövcud reallıqları qəbul edərək Minsk Qrupunun adını heç yerdə çəkmir. Buna baxmayaraq, qrupun üçüncü həmsədr Fransa bu mövzuda mövqeyini bildirməyib. Bunun səbəbi də məlumdur. Paris erməni separatizminin Azərbaycan ərazisinə qayıdışının mümkün olmadığı fikrindən imtina etmək istəmir. Minsk Qrupu Fransanın Cənubi Qafqazda “varlığını” təmin edən yeganə format idi. Ona görə də bu formatdan imtina etmir. Ancaq Minsk Qrupunun fəaliyyətini davam etdirməyin məntiqi almayıb. Digər tərəfdən Ukrayna müharibəsi fonunda ABŞ və Fransanın digər həmsədr Rusiya ilə dialoqunu davam etdirməsi mümkün deyil. Minsk Qrupu məsələsində tək qalan Fransa ATƏT-ə “Minsk Qrupu qalmalıdır” siyasətini diqtə edə bilməz",- deyə politoloq prezidentlə ATƏT sədrinin görüşünü şərh edib.
Elxan Şahinoğlunun sözlərinə görə, ATƏT-in hazırki sədri mövcud reallıqları qəbul edib Qrupu buraxa bilər:
"ATƏT sədri İrəvandakı mətbuat konfransında erməni jurnalistin “ATƏT Qarabağ məsələsini bağladı? ATƏT geri dönüşü necə təsəvvür edir?” sualına belə cavab verib: “ATƏT özünün iştirak etmədiyi prosesə daxil ola bilməz və iki ölkənin mövqeyinə hörmətlə yanaşır”. Əslində bu cavab ondan xəbər verir ki, ATƏT sədri də Minsk Qrupuna ehtiyac olmadığına işarə edib, sadəcə bunu rəsmiləşdirmək lazımdır," - Politoloq qeyd edib.
Aymirə Ağamirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
14-05-2024, 11:09
ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Ulusum.az xəbər verir ki, bu
14-05-2024, 11:07
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının
12-05-2024, 12:37
"Vladimir Putin prezident seçkisindən bir neçə gün sonra Mixail Mişustini yenidən baş nazir təyin edib. Dövlət
3-05-2024, 14:20
3 May - Türkçülük Günüdür.. Hələ 80 il bundan öncə qardaş Türkiyənin paytaxtı Ankarada baş vermiş ideoloji hadisələrdən
22-04-2024, 18:07
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) yeni hesabatını dərc edib. ULUSUM.az hesabata nəzər yetirərək
Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 16:42
Avstraliyada 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan olunur
Hadisə
Bu gün, 13:33
Macarıstan Ukrayna ilə sərhəd yaxınlığında hava hücumundan müdafiə sistemi quraşdıracaq
Maraqlı
Bu gün, 12:14
Qripin qarşısını tez zamanda necə almaq olar?
Cəmiyyət
Bu gün, 12:10
İran BMT-nin Baş Assambleyasında ölüm hökmünün dayandırılmasının əleyhinə səs verib
Hadisə
Bu gün, 12:09
Palmira şəhəri yaxınlığında İsrailin hava hücumu nəticəsində 10 Suriya əsgəri həlak olub
Cəmiyyət
Bu gün, 10:51
Tramp Baydenin ATACMS qərarını nəzərə alaraq Rusiya Federasiyası ilə danışıqlara başlaya bilər
Hadisə
Bu gün, 10:07
İsrail ordusu Livanın sahil bölgələrində Hizbullahın iki səhra komandirinin məhv edildiyini açıqlayıb
Populyar Xəbərlər
İran XİN: "Culfa ilə Naxçıvan arasında sərnişin daşımaları üçün sərhədin açılması məsəsləsini diqqətdə saxlayırıq"
COP29 çərçivəsində Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib
Xarici hakerlər ABŞ Konqres Kitabxanasının elektron poçtunu sındırıblar
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Baş ağrısını kəsən təbii yollar
Salyan sakini ölümlə çarpışan yaralı hacıleylək quşunu xilas edib