Elxan Şahinoğlu: "Paşinyan etirazlara seyrçi QALMAMALIDIR" FOTO EKSKLÜZİV

Azərbacanla Ermənistan arasında sərhədlərin delimitasiyasına dair əldə olunan razılaşmadan bəri Ermənistan müxalifəti ölkədə etiraz aksiyaları keçirir, yerli əhalini hakimiyyətə qarşı qaldırmaqdadır. Əslində, bu ölkədə nə baş verir? Müxalifət delimitasiya mövzusunda niyə bu qədər israrlıdır?
ULUSUM.az saytına özəl müsahibə verən Elxan Şahinoğlu məsələni belə şərh edib:
"Ermənistan müxalifətinin etirazları gözlənilən idi. Aydın idi ki, 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı qərar alınarkən, aydın idi ki, Nikol Paşinyan sərhədin müəyyənləşdirilməsinə başlamalıdır. Və burada radikallar arasında etiraz dalğalarının baş verməsi, hətta kilsənin də onlara qoşulacağı bəlli idi. Lakin düşünmürəm ki, Ermənistanda etirazlar kütləvi hal alsın, bu, mümkün deyil".
İrəvandakı aksiyaların hakimiyyəti devirəcək səviyyədə olmadığını bildirən Elxan Şahinoğlu Paşinyanın susqunluğuna diqqət çəkib:
"Ermənisanın Baş naziri susqundur. O, seçkilərdə xalqın dəstəyini aldığı üçün arxayındır. Bununla belə, Paşinyan hələ ki bu siyasətdən vaz keçmək niyyətində deyil".
Qeyd edək ki, radikal qüvvələr sərhəddə müəyyən təxribatlar törətməyə çalışırlar. Bu baxımdan Nikol üçün hərəkətə keçməyin vaxtıdır.
"Paşinyan polis və ordu gücünə də olsa, qısa vaxtda etirazların qarşısını almalıdır. Əgər baş verənlərə seyrçi mövqeyi sərgiləməkdə davam edərsə, o zaman əlbəttə ki etiraz dalğalarının böyüməsi də risk altında qalar. Ona görə də ciddi tədbirlər görülməlidir", -deyə E.Şahinoğlu əlavə edib.
Politoloq eyni zamanda qeyd edir ki, prinsip etibarı ilə proses qaydasındadır. Yəni sərhədlərin müəyyənləşməsi işləri davam etdirilir, sərhəddə dirəklərin sayı getdikcə artırılır.
"Radikalların hər hansı ciddi problem yarada biləcəyini zənn etmirəm".
Aymirə Ağamirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Şou-biznes
Dünən, 20:00
“Şakir Paşa Ailesi” layihəsi dayandırıldı – Mübahisələr, faciələr və sənət dolu bir səyahətin sonu
Şou-biznes
Dünən, 19:00
“Qızılcık Şərbəti” yenidən ekranlara qayıdır – yeni mövsüm, yeni rejissor, yeni simalar!
Sağlamlıq
Dünən, 17:30
Həyəcanlı İnsanlar Nələri Yeməməlidir?
Dünya
Dünən, 16:30
25 ölkənin Qəzza bəyanatına İsraildən Sərt Reaksiya
Sağlamlıq
Dünən, 13:30
Maddələr mübadiləsi nə vaxt zəifləyir?
Populyar Xəbərlər
Xəzər Universitetinin 54-cü Məzunluq Mərasimi – Gözəl və Yaddaqalan Anlar! - FOTO
Xəzər Universiteti ilə Qürur Dolu Anlar: “MƏZUN-2025” Tədbiri - VİDEO
Qərbin silahları Rusiyanın planlarını pozur – Ukrayna sərhəddə üstünlük qazanır
Xamenei ABŞ-a xəbərdarlıq etdi: Daha güclü zərbə mümkündür
Senator Qrem: “Putin 51-ci gün Xameneiyə zəng etməyə məcbur qalacaq”
“Hudutsuz Sevda”nın Şeref’i Emre Törün dünyasını dəyişdi