Dünya xəritəsinə yeni dövlət əlavə olunur
İki həftə bundan qabaq rəsmi Paris Bakını Yeni Kaledoniyadakı etirazlara görə ittiham edib.
Bakı isə bu ittihamları rədd edib. Fransız Polineziyası nümayəndə heyətinin rəhbəri, Tavini Huiraatira partiyasının baş katibi Viktor Maamaatuaiahutaru Bakıdakı konfransda deyib ki, hüquqi prosesin “sonuna çatıblar və Azərbaycanın dəstəyinə” ehtiyacları var.
Rəsmi Paris Yeni Kaledoniyaya sonradan köçənlərə əyalət seçkilərində səsvermə hüququ verən Konstitusiya dəyişiklərini təsdiqlədikdən sonra orada narazılıqlar baş verib. Bəzi yerli liderlər bu dəyişikliyin yerli kanak əhalisinin səsini azaldacağından narahatdırlar. Konstitusiyaya dəyişikliklər bazar ertəsindən bəri adalar qrupunda etirazlara səbəb olub, nəticədə azı beş nəfər həlak olub, yüzlərlə insan xəsarət alıb.
Ulusum.az News24.az-a istinad edərək bildirir ki, rəsmilər ölənlərin ikisinin polis olduğunu, digərlərinin isə yerli kanaklar olduğunu deyib. Rəsmi məlumatlara görə, 200 nəfərə yaxın insan saxlanılıb. Bundan sonra, Yeni Kaledoniyada beynəlxalq hava limanı kommersiya uçuşlarına qapadılıb, bizneslər və məktəblərdə dərslər ləğv edilib.
Fövqəladə vəziyyətin elan edildiyi adada fəallar əllərində Azərbaycan bayraqları ilə etirazlarını davam etdirirlər. Fransa isə adada etirazları Azərbaycanın yaratdığını iddia edir.
Bəs uzaq Qərbdə nə baş verir? Fransanın müstəmləkəçilik siyasəti yeritdiyi xalqların yaratdığı üsyanlar müstəqillikləmi nəticələncək?
Məsələni News24.az-a şərh edən politoloq, Azərbaycanın sabiq Xarici İşlər Naziri Tofiq Zülfüqarov deyib ki, Fransanın milli məsələlərdə təkcə onlardan uzaqda yerləşən və onların tam tərkib hissəsi olmayan ərazilərdə yox, Fransanın özündə də mövcuddur:
“Müxtəlif illərdə Fransaya şimalı Afrikadan və digər yerlərdən gələn miqrantlar artıq Fransanın vətəndaşlarıdır, amma digər vətəndaşlarda olan hüquqlar onlara şamil olunmur. Bu da sosial və siyasi problemlər yaradır. O cümlədən, xaricdə yerləşən bölgələrdə də bu problemlər yaşanır. Yeni Kaledoniya Rusiyadan sonra nikel ixracına görə dünyada ikinci yerdədir. Bu baxımdan orada hansısa problemlərin yaranması istisna olunmur ki, biznes rəqabətinin nəticəsidir. Hazırda hakimiyyətdə olan bürokratlar, təbii ki, bu məsələni başa düşürlər”.
Sabiq nazir qeyd edib ki, Azərbaycan ilk növbədə beynəlxalq hüququn norma və priniplərinə əməl edərək bu xalqın müstəqillik mübarizəsinə dəstək verir. Onun sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatının sədri olub və Neokolonyalizmə qarşı mübarizə bu təşkilatın əsas məqsədlərindən biridir: “Azərbaycan orda sədrlik etsə də, etməsə də bu dəstək davam edəcəkdir. Bu fransalı siyasətçilərin Azərbaycana qarşı yürütdüyü iyrənc bir mövqedir. Buna görə də burada elə ciddi bir problem yoxdur. 20-ci əsrdə bəlli oldu ki, kolonializm və antikolonializm artıq tarixdə qalan bir idarəetmə üsuludur. Dünyada kolonia şəklində olan ərazilər 20-ci əsrdə müstəqillik əldə edib”.
Tofiq Zülfüqarov əlavə edib ki, vaxtilə Böyük Britaniyanın da bir çox müstəmləkələri var idi. Amma bu gün artıq onların hər biri müstəqilliyin elan edib. Hər bir halda istənilən xalqın müstəqillik hüququ vardır.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
17-05-2024, 12:30
Sosial müavinətlərin hansı növləri var və nə zaman təyin edilir? Ulusum.az xəbər verir ki, sosial müavinətlər –
22-04-2024, 18:07
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) yeni hesabatını dərc edib. ULUSUM.az hesabata nəzər yetirərək
30-04-2024, 13:30
Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə ötən il sentyabrın 22-də BMT-nin Nyu-Yorkdakı və dekabrın 14-də isə
27-05-2024, 14:36
Yeni Kaledoniyada iğtişaşlar fonunda tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv ediləcək. Bu barədə AFP Yelisey
30-05-2024, 14:12
İraqdakı diktator rejimi dövründə İraq Türkmanlarıyla bağlı, xüsusilə Türkman ədəbiyyatıyla bağlı nə İraqda, nə
Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 12:21
Bazar gününün havası açıqlanıb
Cəmiyyət
Dünən, 12:03
Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib
İdman
Dünən, 09:55
Harri Keyn Bundesliqada yeni rekorda imza atıb
Cəmiyyət
Dünən, 20:00
“Akvarel yağışı” təqdim olunub
Analitika
Dünən, 18:32
Çin və Amerika Arasında Ticarət Müharibəsi
Cəmiyyət
22-11-2024, 17:39
22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü Salyan rayonunda qeyd olunub
Hadisə
22-11-2024, 16:27
ABŞ-ın Londondakı səfirliyində partlayış baş verib
Populyar Xəbərlər
Çin və Amerika Arasında Ticarət Müharibəsi
“Akvarel yağışı” təqdim olunub
22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü Salyan rayonunda qeyd olunub
Salyan sakini ölümlə çarpışan yaralı hacıleylək quşunu xilas edib
I Qarabağ müharibəsinin nəticələrinin analitik təhlili
İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib