Yeni Yaşımın Səssiz Gücü

Bugün mənim doğum günüm..
Bu gün həyatımın yeni bir səhifəsini çevirərək, keçmişimə və özümə minnətdarlıqla baxıram. Valideynlərimdən aldığım tərbiyə və ailə dəyərləri, mənim üçün həyatın ən qiymətli mirasıdır. Bu mirasın işığı ilə qaranlıq yollarım aydınlanır, ruhum səssizcə istiqamət tapır.
Bu dəyərlər, hər enişdə və hər sükutda məni ayaqda saxlayır, varlığımın dərinliklərindən gələn səssiz bir gücə çevrilir. Keçmişimin izləri və ailəmin verdiyi mənalar, mənə yalnız xatirə deyil, sabaha daha möhkəm, daha ümidli addımlamaq üçün bir yol xəritəsidir. Bu yol, içimdəki sükunət və güc ilə hər yeni başlanğıcda daha aydınlaşır və mənə həyatın həqiqi mənasını kəşf etməyə kömək edir.
Bugün mənim doğum günüm...
Sadəcə bir təqvim günü deyil, həyatımın yeni bir dövrünə qədəm qoyduğum, ruhumun dərinliklərində keçmişimin hər izini hiss etdiyim və mənəvi sərvətimi bir daha dəyərləndirdiyim bir gündür. Bu gün, yeni başlanğıcın mənə bəxş etdiyi ümidlərlə doludur. Gələcəyə daha da inamla baxmaq, içimdəki gücü kəşf etmək və həyatımı daha dəyərli yaşamaq istəyidir.
Hər bir yaşadığım an, hər gözlənilməz dərs və sürpriz mənə həyatın nə qədər qiymətli olduğunu bir daha xatırladır, keçmişimlə gələcəyimi birləşdirir. Mənim səbəbim və məqsədim, ailəmin verdiyi mənəvi mirasla yoğrulmuş dəyərlərimdir. Bu dəyərlər mənə doğruya və gözəl olana yönəlməkdə bir işıq olur, həyatımın qarışıqlığında mənə yol göstərir.
Allahıma dua edərkən, ömrün uzunluğunu deyil, yalnız bu işıqlı dünyada, ağrısız, sevinc dolu və mənalı günlərin yaşanmasını arzulayıram. Hər anın dəyərini hiss edərək, ruhumu huzura bürüyəcək bir həyat diləyirəm. Hər səhər, yeni bir ümidlə doğan günün, içindəki sevgi və dərin hikmətlə parlamasını istəyirəm.
Bugün mənim doğum günüm...nə təmtəraqlı, nə də gur səslərlə qeyd olunur. Ağrısız, itkisiz, var olanlarımla, şükürlə qarşılayıram yeni yaşımı. Daxilimdəki sakit güclə, gələcəyə ümidlə boylanıram, çünki nə varsa, buradadır – bu an, bu nəfəs, bu varlıq.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Maraqlı
Dünən, 21:00
1930-cu illərin ayaqqabı xəzinəsi: cəmi £1500
Sağlamlıq
Dünən, 20:00
Ürək Krizinə Qarşı 5 Təbii Qoruyucu Güc
Şou-biznes
Dünən, 17:30
Türkan Şorayın sevilməsinin əsas sirri nədir?
Populyar Xəbərlər
“İran dərhal təslim olmalıdır” – Tramp G7-ni yarımçıq qoydu
İsrail Prezidentindən İran lideri ilə bağlı şərh
Trampın İranla bağlı gizli hücum planları və raket hədəfləri açıqlanır
Bu 3 quruyemiş yumurta qədər tox saxlayır
Anoreksiya xəstəliyinin müalicəsi yoxdurmu?
İranın cavabı sərt oldu: İsrailə 15 raket atıldı – Tel-Əviv və Aşkelon hədəfdə!