Ərdoğandan qəti mesaj: Fələstin tək qalsa da tək buraxılmayacaq

"Türkiyə, tək qalsa belə, Fələstini dəstəkləməyə davam edəcək. Fələstin məsələsinin həlli yalnız iki dövlətli əsasda mümkündür".
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Fələstin Dəstək Parlament Qrupunun ilk iclasında çıxışı zamanı deyib.
“Ulusum”.az xəbər verir ki, məlumatı TASS yayıb.
“Fələstin probleminin iki dövlətli həllinə alternativ yoxdur. Fələstin fələstinlilərə məxsusdur. 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan müstəqil, suveren Fələstin dövləti qurulana qədər mübarizəmizi yorulmadan davam etdirəcəyik – tək başımıza qalsaq belə,” – deyə Ərdoğan vurğulayıb.
O bildirib ki, “beynəlxalq sistem Qəzzada iflasa uğrayıb.” “Beynəlxalq hüquq artıq ədaləti təmin etmək üçün yox, güclülərin hökmranlığını möhkəmləndirmək üçün istifadə olunur. Təəssüf və göz yaşları ilə bildirirəm ki, İslam dünyası da gözləntiləri qarşılamadı,” – deyə Türkiyə lideri əlavə edib.
Ərdoğan həmçinin İsraili Suriyada və Livanda sabitliyə mane olmaqda günahlandırıb. “Suriyaya və Livana endirilən zərbələr göstərir ki, [İsrail baş naziri Binyamin] Netanyahunun administrasiyası Yaxın Şərqdə sülh və sabitlik istəmir. Region ölkələri üçün təhlükə yaradan bu çılğınlığa təcili son qoyulmalıdır, əks halda bu alov onu yandıranları da yandıracaq,” – deyə o xəbərdarlıq edib.
Ərdoğan ümid etdiyini bildirib ki, Netanyahu gec-tez Qəzzadakı soyqırıma görə beynəlxalq məhkəmələr qarşısında cavab verəcək.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 09:27
Naxçıvanda sahibkarlığın inkişafı üçün gömrük güzəştləri və dəstək mexanizmləri müzakirə edildi
Populyar Xəbərlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO
Qışa tərəvəzli ragu hazırlayırıq