Xəzər Universitetində “Maarifçi” Proqramına Maraqlı Start!

Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramı, gənclərin elm və təhsil sahəsində peşəkar inkişafına dəstək olmaq məqsədilə start götürüb. Proqram, tələbə və məzunların sahəvi bilik və bacarıqlarını artırmaq, müasir yanaşmaları öyrənmək və təhsil islahatlarına töhfə vermək üçün nəzərdə tutulub.

Proqrama, elm və təhsil sahəsində karyera qurmağı hədəfləyən, ali təhsilin bakalavriat səviyyəsində III və IV kurs tələbələri, magistratura səviyyəsində təhsil alan tələbələr, eləcə də son 3 il ərzində məzun olmuş şəxslər müraciət edə bilərlər.

“Maarifçi” proqramı ildə iki dəfə, 3 ay müddətində həyata keçiriləcək və iştirakçılara gündəlik yol və qida xərclərinin qarşılanması məqsədilə aylıq qonorar verilməsi nəzərdə tutulur.
Proqram çərçivəsində iştirakçılar, Elm və Təhsil Nazirliyinin Aparatı, tabe qurumları və regional təhsil idarələrində təcrübə keçmək imkanı əldə edəcəklər. Təcrübə müddətində iştirakçılar, nazirliyin struktur bölmələrində həyata keçirilən layihə və proqramlarda, müxtəlif mövzular üzrə təlimlərdə və təcrübəli rəhbər şəxslərlə mentorluq proseslərində iştirak edəcəklər.

Qeyd edək ki, seçim prosesində uğur qazanan IV kurs tələbələri istehsalat təcrübəsini “Maarifçi” proqramında keçdikdən sonra müvafiq sənədlərlə təmin olunacaqlar. III-IV kurs tələbələri tədris müddətində yarım iş günü, məzunlar isə tam iş günü təcrübə prosesinə qoşulacaqlar.
Proqramın təqdimat mərasimi 17 aprel 2025-ci il tarixində Xəzər Universitetində keçirilib.

Tədbirdə, universitetin IV kurs bakalavr və I, III kurs magistr tələbələri, həmçinin məzunlar iştirak ediblər. Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifa Əliyeva, proqramın tələbə və məzunların peşəkar inkişafında oynadığı roldan bəhs edərək, bu cür təşəbbüslərin gənclərin real iş mühiti ilə tanış olması və karyera planlamasında əhəmiyyətli rol oynadığını vurğulayıb.

Zərifə xanım tələbə və məzunlara “Maarifçi” proqramının əhatə dairəsi, müraciət qaydaları və iştirak tələbləri, eləcə də təcrübə müddətində təqdim olunan imkanlar barədə ətraflı məlumat verib.

Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və “Maarifçi” proqramına olan marağın daha da artmasına səbəb olub.
R.İkramlı

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 09:40
FHN: Ötən həftə 5 nəfərin meyiti tapılıb
Dünya
Dünən, 21:00
Avropada vətəndaş müharibəsi riski 95%-ə çatdı!
İdman
Dünən, 16:30
Futbol millimiz Qarabağa getdi
Populyar Xəbərlər
Filtrlərin arxasında itən gerçəklik
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Qışa hazırlıq: Bilənlər bilir…
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO