İstirahət Məkanı Qəçrəşin Təbii Səssizliyi FOTO-VİDEO

Qəçrəş meşəsi bu gün – ən çox sevdiyim Qəçrəşdə olmaq hissi izah olunmaz, yalnız yaşanılar.
Ora çatanda nəfəsim dəyişir, içimə dolan təkcə hava deyil, təbiətin özü, dağların nəfəsi, bulaqların səsi, meşələrin sükutu olur. Başı qarlı dağların arasından süzülən günəş işığı ağacların yarpaqlarında elə bir rəqs edir ki, gözüm doymur o mənzərədən, ruhum isə doyulmaz bir sükunətlə bəzənir.
Buz kimi sərin, saf və şəffaf bulaqlar axdıqca, onların ahəngi quşların nəğməsi ilə birləşir, içimdəki ən dərin tellərə toxunur. Qəçrəşin adını çəkəndə belə qəlbimə sərinlik yayılır. Qubaya yol düşəndə, ayaqlarım sanki özü-özünə bu kəndə yönəlir. Orada zaman dayanır, sükut danışır; ağacların kölgəsində, günəşin işığında gözlərimin önündə başqa bir dünya canlanır. Hər addımda torpaq nəfəs alır, hər nəfəsimdə isə ruhum yuyulur.
Bu yer sanki sözsüz danışan bir xatirə çəmənidir. Hər yarpaqda bir sual, hər kölgədə bir keçmiş gizlənir.
Meşələrin dərinliyində itdikcə özünü daha çox tapırsan, çünki Qəçrəş təkcə təbiətin gözəlliyi deyil, ruhunla səssiz bir söhbətdir. Burada həyatın tələskənliyi unudulur, gündəlik hay-küy yerini təbiətin dərin sakitliyinə verir.
Günəş yarpaqlardan süzülür, sanki göydən yerə enmiş nur kimi səni isidir. Hava o qədər təmizdir ki, bir nəfəs aldıqda içindəki bütün yorğunluqlar buxarlanır. Hər küncü, hər cığırı ilə Qəçrəş mənə təkcə gözəl bir məkan deyil, bir duyğu, bir rahatlıq, bir azadlıq bəxş edir.

Bəzən düşünürəm, bu gözəlliyə bağlanmaq bir növ tamahkarlıqdır, amma ruhum bu tamahkarlığı sevir. Çünki Qəçrəş sadəcə mənzərə deyil, o, ruhun nəfəsi, könlün pənahıdır.
Orda keçmişimlə, xatirələrimlə danışır, içimdəki yorğunluğu təbiətin sükutu ilə müalicə edirəm. Hər dəfə ayrıldıqca bir az daha çox darıxıram, bir az daha çox sevirəm.

Qəçrəş, sən mənim sakitliyimsən, könlümün ən dərin sükutunda çağlayan o tək və təmiz səssən. Sən mənim sığınacağım, könlümün dincəldiyi yersən.
R.İkramlı

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 20:45
Qətərdəki zərbə – ABŞ əvvəlcədən xəbərdar idi
Dünya
Bu gün, 19:55
Qətərə zərbə sonrası Türkiyədən sərt bəyanat
Dünya
Bu gün, 19:39
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə