Pekində tarixi qaçış: İnsanlar və robotlar yan-yana yarımmarafonda

Çinin paytaxtı Pekində unikal idman yarışı keçirilib — yarımmarafon məsafəsində insanlar və insanabənzər robotlar birlikdə qaçıblar.
Bu barədə Sina xəbər yayıb.
Ümumilikdə yarışda 12 min insan və müxtəlif ölçü və funksionallığa malik 20-dən çox insanabənzər robot iştirak edib.
Bəzi modellər diqqətçəkən göstəricilərlə fərqlənib. Məsələn, Tiangong Ultra komandasının robotu saatda 12 km sürətlə hərəkət edə bilir və bu göstərici ilə insanabənzər robotlar arasında dünya rekordçusudur. Həmçinin, bu robot yamac, dərələr və pilləkənlər də daxil olmaqla müxtəlif səthlərdə sərbəst hərəkət edə bilir.
Digər iştirakçılardan biri olan Songyan Power N2 isə yüksək dayanıqlığı və addım ritmini dinamik tənzimləmə qabiliyyəti ilə seçilir. Bu sayədə o, qeyri-bərabər səthlərdə də tarazlığı itirmədən hərəkət edə bilir.
Yarışa qatılan robotlar arasında həm 120 sm hündürlüyündə və 30 kq çəkidə kiçik modellər, həm də 180 sm boyunda, 52 kq çəkidə tamölçülü insanabənzər versiyalar yer alıb.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 20:45
Qətərdəki zərbə – ABŞ əvvəlcədən xəbərdar idi
Dünya
Bu gün, 19:55
Qətərə zərbə sonrası Türkiyədən sərt bəyanat
Dünya
Bu gün, 19:39
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə