16-04-2025, 12:30 10 Köşə

Rəxşəndə – Günəşi Ürəyində Daşıyan Qadın

Rəxşəndə – Günəşi Ürəyində Daşıyan Qadın
Bəzən həyat bir məktub kimi açılır qarşımıza. İçində nə yazıldığını bilmədən açırıq – bəzən sevinc, bəzən kədər, bəzən isə möcüzə dolu bir insanla qarşılaşırıq. Həmin an anlayırsan: bəzi insanlar həyatımıza təsadüf kimi gəlmir, onlar Allahın göndərdiyi hədiyyədir.

Bu gün o hədiyyələrdən birinin doğum günüdür – Rəxşəndənin. Amma bu, sadəcə bir ad günü deyil. Bu gün, varlığı ilə ətrafına nur saçan, gülümsəməsi ilə günləri işıqlandıran, yanında olmaqla belə ürəklərə güc verən bir qadının həyatına yeni yaşın qapı döydüyü gündür.

Rəxşəndə təkcə çətinlikdə yanında olan bir dost deyil – o, fırtına qopanda belə sakit liman olan, insanı susaraq anlayan, sözə ehtiyac qoymadan varlığı ilə dərd yüngülləşdirən biridir. Hər kəsə nəsib olmayan, amma bir dəfə tanıyanın bir ömür axtardığı o nadir insanlardan...

Dostluq sadəcə birlikdə gülmək deyil, susaraq da gücləndirməkdir. Rəxşəndənin dostluğu səssiz bir dua kimidir – heç səs etmədən yanında olmaq, lazım olanda gözündən oxunan “mən burdayam” deməkdir. Və bu, hər kəsin bacardığı bir şey deyil.

Onun hər kəsə verdiyi enerji, sevincli baxışları və ürəklə etdiyi kiçik xeyirxahlıqlar, zamanla böyük izlər buraxır. Onun bir "necəsən?" sualı belə, içində min qayğı daşıyır.

Bu gün onun yaşına bir il daha əlavə olunur – amma yaş deyil, o il ərzində neçə könülə toxunduğu, neçə insana güc olduğu, neçə qəlbdə iz qoyduğu daha önəmlidir. Və bu gün biz deyirik: Rəxşəndə, sən bir yaş daha böyümədin, bir dünyaya daha çox sevgi qatdın.

Yeni yaşın sənə daha çox işıq, daha çox gülüş, daha çox dəyərli anlar gətirsin. Çünki sən hər şeyin gözəlinə layiqsən. Sən həyatın incəliyini, sadəliyin zənginliyini, dostluğun müqəddəsliyini yaşadan nadir insanlardansan.

Sən olduğun üçün bu dünya daha parlaq, Sən olduğun üçün bu dostluq daha dəyərli. Sən olduğun üçün... sadəcə minnətdarıq.

Ad günün mübarək, əziz Rəxşəndə!
Yeni yaşın sənə, səni daha çox sən edən gözəlliklər gətirsin.

Saida Mustafa

Şərhlər:
Sevil . D
16 aprel 2025 18:00

Gözəl qadındı.

Qəşəm .,M
16 aprel 2025 18:01

DƏYƏRLİ İNSAN

Yolçu Ə
16 aprel 2025 18:05

Xanımlıq yağır üzündən.yəqin həyatda da elədi

16 aprel 2025 23:00

Tebrikller. Yeni yaşın yeni uğur gətirsin 

Nəzrin.
22 aprel 2025 00:35

Belə ürəknsözlərin tazmaq üçün yalnız yaxından tanımaq lazım.ədı. demək ki bu xsnım buna dəyərmiş.

Selin Y.
22 aprel 2025 00:37

Kübar qadlna oxşayır

Rafiq
22 aprel 2025 00:43

Dəyərli,daima olduğu yerdə öz müsbət enerjisini xəsislik etmədən hamıya ötürən, əsil iş yoldaşı ,kişiqızı kimi öz sözündə duran Rəxşəndə xanım. Çox sevindim xeyli vaxtdı səsiniz gəlmirdi. Rabitədə bir layihədı tanıdım sizi. Tanımağıma peşiman deyiləm.  Dürüst xanım. Ad gününüz mübarək!

Yahiyar.
22 aprel 2025 00:45

Xanımı rabitədən tanıyıram.  Kübar görüntüsüylə bərabər zəhirmar sifətidə varıydı.)

Fifi
22 aprel 2025 00:46

Təbrik edirəm.

Nübar.r
22 aprel 2025 00:48

Yəqin padruqasıdı🙄

Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: