19-04-2024, 10:48 0 Gündəm / Cəmiyyət

Azərbaycanda qaynana kürəkəni ilə eşq yaşadı - HƏTTA BİRGƏ XARİCƏ KÖÇDÜLƏR..EKSKLÜZİV

Azərbaycanda qaynana kürəkəni ilə eşq yaşadı - HƏTTA BİRGƏ XARİCƏ KÖÇDÜLƏR..EKSKLÜZİV

Yasamal Rayonu Ə.Haqverdiyev küçəsində yaşayan 1976-cı il təvəllüdlü iş xanımı Zümrüd Məmmədli (ad soyad şərtidir) 1998-ci il təvəllüdlü kürəkəni ilə 1 ildir eşq həyatı yaşayırmış..

ULUSUM.az-ın ailənin qonşusundan əldə etdiyi xəbərə görə, qadının qızı 2023-cü ilin mart ayında ailə qurub. Bir ay sonra - aprel ayından isə o, kürəkəni ilə sevgi münasibəti yaşayıb. Bu ilin yanvar ayından Zümrüd Məmmədlinin qızı anası ilə həyat yoldaşının arasındakı münasibətdən şübhələnib və buna ciddi şəkildə etirazını bildirib. Sevgidən başqa heç nəyi görməyən sevgili cütlüklər isə hətta birlikdə Avropa ölkələrinə köçmək qərarına gəliblər. 

Beləliklə, 2024-cü il mart ayının 20-də Novruz bayramı günü Zümrüd Məmmədlinin qızı anasına məxsus olan Novxanıdakı villasında cütlükləri eşq yaşayarkən yaxalayıb.

Bundan sonra tərəflər arasında insident yaşanıb, Zümrüd Məmmədli vəziyyətin bu həddə çatmasından sonra kürəkəni ilə birgə İtaliyaya köçüblər.

Ağa Dadaşzadə 



Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: