19-04-2024, 10:12 0 İqtisadiyyat / Gündəm

“Qızıl bazarında aləm dəyib bir-birinə” - AÇIQLAMA EKSKLÜZİV

Qızılın qiyməti hər ötən gün daha da artır.

ULUSUM.AZ xəbər verir ki, bəzi Beynəlxalq ekspertlər bunu ABŞ-nin Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltmağa yaxınlaşması ilə əlaqələndirir. Bir çoxları isə qızılın geosiyasi gərginliklər fonunda bahalaşdığını düşünür. Əsas məsələ odur ki, hazırda qızılın qiyməti günbəgün sürətlə artır.

14k – bizim 583 prob qızılın (tərkibində 58,3% təmiz qızıl var. Bəzi ölkələrdə isə 585 prob kimi qəbul olunub) qiyməti hazırda  105-110 AZN arasında dəyişir. Hətta yaxın günlərdə qiymətlərin 120 AZN ola biləcəyi ehtimalını deyirlər.

Mərkəzi Univermaqda qızılsatanlarla söhbətimizdə - “bu gedişlə qızıl alan olmayacaq, ancaq gümüş alacaqlar”- deyə həyəcan təbili çaldılar. Bəziləri isə “qızıl bazarında aləm dəyib bir-birinə”, - deyə vəziyyəti belə şərh etdilər. 

Toy mövsümünün yenidən aktivləşəcəyi vaxtda qızılın qiymətinin yüksəlməsi alıcılıq qabiliyyətinə mənfi təsir edir. Əvvəllər 2 üzük, qolbağı kimi əlavə qızıllar alan ailələr, indi məcburən bir dəst komplektdən başqa heç nə ala bilməyəcək. 

Amma qızıl bazarında həmişə belə dalğalanmalar olub və bundan sonra da olması normal qəbul olunur. 

Rübabə SAHİB 



Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: