19-04-2024, 09:24 0 Gündəm / Siyasət / Cəmiyyət

Uçuruma aparan SAVAŞ yoxsa...? EKSKLÜZİV

 

 Müsəlman-yəhudi qarşıdurmasının baş qaldırdığı bir vaxtda, bir qədər əvvəl beynəlxalq multikultural dəyərlərə sadiqlik nümayiş etdirən Amerikada yaşayan yəhudi icması müsəlmanlara iftar süfrəsi açıb. 

Ulusum.az xəbər verir ki, həmin iftar süfrəsində qeyd edilib ki, əsrlərlə xalqlar arasında mehriban dostluq və qardaşlıq münasibətləri, nümunəvi birgəyaşayış qaydaları mövcud olmuşdur. Hazırda müstəqillik yolunda inamla addımlayan Azərbaycanın dövlət siyasətində insan haqları, o cümlədən milli mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq, hər bir vətəndaşın, o cümlədən, yəhudilərin hüquqlarının qorunması yüksək qiymətləndirilib.  

İftar təşəbbüsü də, əslində, dinlərin yaxınlaşması, multikultural dəyərlərə sadiqlik əlaməti idi. Lakin bu gün mədəni səviyyədə bu cür işlərin görülməsinə baxmayaraq, siyasi arenada İran-İsrail və Fələstin-İsrail qarşıdurması tamamilə siyasi və mədəni əlaqələr arasında böyük bir uçurumun olduğunu göstərir. 

Bəs belə olan halda, həqiqətin əsl üzü hansıdır?! Madam ki, dinindən, mədəniyyətindən asılı olmayaraq, dünya insanı bir yerdə mehriban yaşayıb, bayramlaşmağı bacarır, o zaman niyə bir-birinə gül yerinə qalxan uzatmalı?!

İstənilən halda, havadarların qulağa xoş gələn vədlərinə inanıb nahaq qanlar tökməkdənsə bir əsrə yaxın davam edən qanlı toqquşmalara, nəhayət ki, “Dur!” deməyin vaxtıdır. Super güclərin əyləncəsinə çevrilən Yaxın Şərq savaşlarında  zərər çəkənlər - günahsız qadınlar, qocalar, körpələrdir axı....

Tofiq Ağayev 

Ulusum.az-ın Amerika üzrə Xüsusi müxbiri 



Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: