TƏCİLİ! Səmanın meyiti TAPILDI - EKSKLÜZİV YENİLƏNDİ
Fövqəladə Hallar Nazirliyindən ULUSUM.az saytına verilən məlumata əsasən, 12 aprel 2024-cü il tarixində Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının meyiti çayın Zərdab rayonu, Qoruqbağı kəndinin ərazisindən keçən hissəsində, batdığı yerdən təqribən 3 km uzaqlıqda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Vaqi Süleymanov ailəsi ilə birlikdə Kür çayının kənarına istirahətə gəlib. Bu zaman onun 6 yaşlı qızı, 2018-ci il təvəllüdlü Səma Süleymanlı sürüşərək çaya düşüb. V.Süleymanov qızını xilas etmək üçün onun ardınca suya tullanıb. Nəticədə ata və qızı suda boğulub. Aprelin 19-da S.Süeymanovanın atası Süleymanov Vaqif Tahir oğlunun meyiti batdığı yerdən təqribən 7-8 km aralıda, çayın Zərdabın Pərvanlı kəndindən keçən hissəsində tapılıb, sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
--------------------
2024-04-21 09:49:57
Kür çayında batan 6 yaşlı Səmanın da meyiti tapıldı
ULUSUM.az xəbər verir ki, bu barədə Səmanın yaxınları məlumat veriblər.
Xatırladaq ki, aprelin 12-də Vaqif Süleymanov ailəsi ilə birlikdə Kür çayının kənarına istirahətə gəlib. Bu zaman onun 6 yaşlı qızı, 2018-ci il təvəllüdlü Səma Süleymanlı sürüşərək çaya düşüb. V.Süleymanov qızını xilas etmək üçün onun ardınca suya tullanıb. Nəticədə ata və qızı suda boğulub.
Aprelin 19-da Vaqif Süleymanovun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
#kurdebatan #semaninmeyiti #hadise