Dəyər verdiyiniz insanı TANIYIN...
Bəzən illərlə birlikdə yola çıxdığımız insanları, başqa sözlə tanıdığımızı düşündüyümüz insanların zaman-zaman bambaşqa tərəflərini görüb təəccüblənir, məyus olur, hətta depressiyaya belə düşə bilirik.
Ulusum.az bildirir ki, mütəxəssislər bu cür halların, psixoloji travmaların yaşanmaması üçün bir nəticəyə gəliblər.
Belə ki, həyatımıza daxil etdiyimiz insanları əvvəlcədən belə tanıya bilərik, SUAL VERMƏKLƏ. Aşağıdakı sualları avablandırarkən həmin şəxsin bədən dilinə də mütləq fikir vermək lazımdır, adətən, demək istəmədiklərimizi, gizli saxladıqlarımızı bədən dili ələ verir..
ULUSUM.az həmin sualları təqdim edir:
- Həyat hekayənizi dörd cümlə ilə ifadə edə bilərsiniz?
- Sizin üçün bir günü mükəmməl edən nədir?
- Həyatınızda ən çox nəyə görə minnətdarsınız?
- Bir münasibətdə ən çox nəyə önəm verirsiniz?
- Dostluq sizin üçün nə deməkdir?
- Dostluqda ən çox nəyə dəyər verirsiniz?
- Keçmişdən ən dəyərli xatirəniz hansıdır?
- Ən pis anınız hansı olub?
- Sevdiyiniz insanlara qarşı etdiyiniz ən böyük fədakarlıq nə olub?
- Həyatınızdakı ən böyük nailiyyətiniz nədir?
- Sizcə uğurun sirri nədir?
- Həyat məktəbində öyrəndiyiniz ən önəmli dərs?
- Sizin üçün həyatı mənalı edən nədir?
- Dünyadakı istədiyin hər hansı bir insanı şam yeməyinə dəvət etmə şansınız olsa, bu kim olardı? (yaşayan və ya əvvəllər yaşamış olan)
- Məşhur olmaq istərdinizmi? Əgər belədirsə, hansı şəkildə?
- Sonuncu dəfə nə vaxt özünüzə mahnı oxumusunuz? Bəs başqasına?
- 90 yaşına qədər yaşaya bilsəydiniz, son 60 ilini 30 yaşlı ağlınızla keçirməyi üstün tutursunuz, yoxsa 30 yaşlı bədəninizlə?
- Uşaqlığınızda nəyisə dəyişmək imkanınız olsaydı, nəyi dəyişərdiniz?
- Sabah yeni bir istedad və ya qabiliyyətlə oyansanız, bunun nə olmasını istərdiniz?
- Sizcə əvəzolunmaz insan varmı? Varsa bir insanı sizin üçün əvəzolunmaz edən nədir?
- Bir kristal kürə sizə həyatınız, gələcəyiniz və ya başqa bir şey haqqında həqiqəti söyləyə bilsəydi, nəyi bilmək istərdiniz?
- Uzun müddətdir etmək arzusunda olduğunuz bir şey varmı? Niyə hələ də etməmisiniz?
- Bir il ömrünüz qaldığını bilsəydiniz, indiki həyatınızda nəyi dəyişərdiniz?
- Sizcə, xoşbəxt ailənin sirri nələrdir?
- Lütfən, bu cümləni tamamlayın:
“Kaş ki, mənim də həyatımda …………….olardı.” - Əgər biz dost olsaydıq, sənin haqqında bilməyimiz üçün sənin üçün nə vacib olardı?
- Sizcə hansı mövzu haqqında zarafat etmək düzgün deyil?
- Həyatınızda ən böyük uşaqlıq xəyalınız nə olub?
- Eviniz və içində olduğunuz hər şey yanır. Sevdiyiniz insanları və heyvanları xilas etdikdən sonra bir şeyi götürə bilsəniz, bu nə olardı?
- Təsəvvür edin ki, indi sizinlə eyni problemi başqa biri də yaşayır. Ona nə məsləhət görərdiniz?.
Qarşınızdakı şəxsdən bu sualların cavabını almaqla, qabaqcadan onun "düzgün diaqnoz"unu qoya bilərsiniz..
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
19-04-2024, 11:24
Hansı işə müraciət edirsənsə, ilk növbədə, CV-də(Curriculum Vitae) dil biliyinə, xüsusən də rus dilinə diqqət
19-04-2024, 09:12
ULUSUM.AZ bu günə olan bürclər haqqında proqnozu təqdim edir: Qoç - diqqətli, ayıq və sayıq olun. Yeni iş ritminə
19-04-2024, 09:24
Müsəlman-yəhudi qarşıdurmasının baş qaldırdığı bir vaxtda, bir qədər əvvəl beynəlxalq multikultural dəyərlərə sadiqlik
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
8-12-2025, 14:00
HƏKİM TÖVSİYƏSİ
Mətbəx
8-12-2025, 12:45
Balqabaqlı Keks Resepti
Mətbəx
8-12-2025, 09:30
Çin alimləri əti əvəzləyə bilən göbələk icad ediblər
Sağlamlıq
8-12-2025, 09:30
Emal olunmuş ət məhsulları: piylənmə və diabet riskini artırır
Populyar Xəbərlər
Xaçmazda “Şanlı Zəfər Tariximiz” adlı anım tədbiri keçirilib
Ağstafa RİH başçısı Seymur Orucov tanınmış şair Qurban Həmid oğlu ilə görüşüb
Qaradağda dəhşətli yanğın: 4 nəfər həyatını itirdi - 4 nəfər öldü VİDEO
Meksikada partlayış: Ölən və yaralananlar var
Hindistanda gecə klubunda yanğın - Ölənlər Var
Özbəkistanda turizmdən gəlirlər rekord həddə çatıb
