Heydər Əliyevin doğum günü ilə bağlı Maqdeburqda SİLSİLƏ TƏDBİRLƏR -FOTO EKSKLÜZİV
Almaniyanın Maqdeburq-Barleben şəhərində ulu öndər Heydər Əliyevin doğum günü və Naxçıvanın 100 illiyi ilə əlaqədar möhtəşəm festivallar keçiriləcək.
ULUSUM.az xəbər verir ki, həmin tədbirlərdə 6-18 yaşlı uşaqlardan ibarət idman festivalı və Almaniyada təsis olunmuş Diaspora Boks Liqasının boksçularının iştirakı ilə müxtəlif idman növləri nümayiş olunacaq. Yarışlarda fərqlənən idmançılara medallar və hədiyyələr təqdim olunacaq.
Almaniyada 2008-ci ildən bəri hər il artıq ənənə halını alan Ulu Öndərin doğum günləri geniş miqyasda qeyd olunur. Məlumata görə, xüsusilə Maqdeburq şəhərində həmyerlimiz Yaşar Niftəliyev tərəfindən təsis olunmuş Heydər Əliyevin adını daşıyan Dünya Boks Komitəsinin(WBCA-WORLD BOXING COMMITTEE H.ALIYEV), DBL(DIASPORA BOXING LEAGUE) təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunur.
Ulusum.az saytına verilən məlumata əsasən, məqsəd, ulu öndərin idmana olan tövsiyələrinə əməl etmək, dünyada yaşayan idmançılarımızla müxtəlif ölkələrdən olan idmançılarla əlaqələr yaratmalarına şərait yaratmaq, nəhayət, üçrəngli bayrağımızı dünya arenalarında dalğalandırmaq, himnimizi səsləndirərək ümumilli liderimizin adını daşıyan Komitənin tərkibində təsis olunmuş WBCA kəmərini Dünyanın bütün ölkələrində yayaraq, 5 nüfuzlu kəmərlər sırasına gətirərək əbədiləşdirməkdir.
Rəşad Ələkbərov