20-04-2024, 13:17 0 Cəmiyyət / Şou-biznes

Həkim gələndə gördü ki.... YENİLƏNİB

Həkim gələndə gördü ki.... YENİLƏNİB

Əməkdar artist Cavanşir Məmmədovla bağlı 20.04.2024-cü il tarixində saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

TƏBİB-dən ULUSUM.az-a bildirilib ki, saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub.

Ünvanda həkiməqədər ölüm qeydə alınıb.

--------------------------------

2024-04-20 13:00:44

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib. 

Ulusum.az-ın məlumatına görə, müğənni bu gün qəfil ürəktutmasından dünyasını dəyişib. 

Xəbəri Ulusum.az saytına sənətkarın qonşusu təsdiqləyib.

Qeyd edək ki, Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olub. O, sənətə gəldiyi ilk vaxtlarda qarmon ifaçısı olsa da, sonradan müğənnilik etməyə başlayıb.

C.Məmmədov 2005-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin! 

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: