Özbəkistanda turistlər dağ aşırımında selfi çəkməyə çalışarkən hündürlükdən yıxılıblar

Faciəli hadisə turist qrupunun tərkibində Kamçik aşırımına gələn Fərqanə vilayətinin iki sakini ilə baş verib.
Təşkent–Andican–Oş avtomobil yolu boyunca hərəkət edərkən, onlar dayanaraq kənar şəxslər üçün nəzərdə tutulmayan xüsusi texnika meydançasına qalxıblar.
Kişilərdən biri effektli selfi çəkmək üçün kənara çox yaxınlaşıb, lakin sürüşərək yaxınlıqda dayanan tanışının əlindən yapışıb. Nəticədə, hər iki şəxs dərin yarğana yıxılıb və onların üstünə böyük qar kütləsi uçqun şəklində çöküb.
Xilasedicilər hadisə yerinə cəmi bir neçə dəqiqə ərzində çataraq onları qarın altından sürətlə çıxarsalar da, təəssüf ki, həyatlarını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Özbəkistan Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən verilən məlumatda bildirilir ki, turistlərin təhlükəsizlik qaydalarına riayət etməməsi bu cür faciənin əsas səbəbi olub.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Yeni Yaşımın Səssiz Gücü
Əlisultan İsgəndərzadə – Zəhmətlə Yoğrulmuş Ömür
Rəxşəndə – Günəşi Ürəyində Daşıyan Qadın
"Ulusum.az"-ın İşığı, Rəxşəndə İkram qızı — Doğum Günün Mübarək!
Xəzər Universitetində “Maarifçi” Proqramına Maraqlı Start!
Yaxşılıqla Gözəlləşən Dünya: Yunus Əmrənin İşığında Jalə Cəfərovanın Söz Yolu