Dünən, 10:00 0 Dünya

Əfqanıstanda psixi xəstələrin müalicəsi üçün yeni addım atıldı

Əfqanıstanda psixi xəstələrin müalicəsi üçün yeni addım atıldı
Əfqanıstanın Fəziləti Təbliğ Nazirliyi paytaxt və vilayətlərdə küçələrdə olan psixi xəstələrin müəyyən edilərək tibbi müəssisələrə yerləşdirilməsi məqsədilə kampaniyaya start verdiyini açıqlayıb. Bu addım əmir Hibatullah Axundzadənin göstərişi ilə həyata keçirilir.

Məlumata görə, xəstələr Qırmızı Aypara təşkilatının himayəsinə veriləcək və müalicə alacaqlar. Nazirlik vətəndaşlara çağırış edib ki, belə hallarla rastlaşanda 191 nömrəsinə məlumat versinlər.

Rəsmi açıqlamada vurğulanıb ki, pasiyentlərlə davranış zamanı işçilər “şərəf, insanlıq və İslam prinsiplərinə” riayət edəcək, zorakı rəftardan çəkinəcəklər.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: