Şərq ədviyyatları ilə dolu ətirlər – həm rahatlıq, həm enerji

Payızın ətir trendləri: dərin, emosional və çoxqatlı kompozisiyalar
Payız sadəcə geyim və saç dəstinin yox, həm də ətrimizin yenilənmə vaxtıdır. 2025-ci ilin parfümeriya dünyasında diqqət mərkəzində emosiyalar dayanır: ətirlər hekayə danışmalı, insanı müxtəlif əhval-ruhiyyələrdə müşayiət etməlidir. Bu mövsümün əsas istiqamətləri isə bunlardır:
🌶️ Şərq ədviyyatları

Kardamon, darçın, zəncəfil və qara istiotla zəngin ətirlər həm rahatlıq, həm də enerji bəxş edir. Böyük şəhərin sürətli ritmində güc və dinamika hissini yaradır.
🌳 Payızın ağac notları
Sedir, səndəl və paçuli bu mövsüm yumşaq, hava kimi yüngül çalarlarla qayıdır. Mamır, dəri və ya kaşmir akordları ilə zənginləşən bu ətirlər parkdakı gəzintiləri, payız yarpaqlarını və isti şərfi xatırladır.
🌺 Qaranlıq çalarlı çiçəklər
Tuberoza, yasəmən, iris bu dəfə dərin ladan və ambra ilə müşayiət olunur. Nəticədə daha dramatik, sirli və cazibədar bir aura yaranır — teatr axşamları və xüsusi görüşlər üçün ideal seçim.

🍐 Qeyri-adi meyvə akkordları
İncir, heyva, armud bu dəfə dəri, ədviyyat və ya tütünlə tamamlanır. Bu qarışım meyvə ətirlərini daha yetkin və çoxqatlı edir, fərqli görünmək istəyənlər üçün mükəmməldir.
🤍 “Qucaq effekti” olan ətirlər
Vanil, badam, kaşmir və süd müşkusu ilə yaradılan bu ətirlər insanı yumşaq yorğan kimi əhatə edir. Xüsusilə soyuq günlərdə istilik və qayğı hissi bəxş edir.
✨ Bu payızın ətirləri sadəcə qoxu deyil — hisslərin, hekayələrin və əhvalın ifadəsidir. Seçim isə sizə qalır: enerji, sirr, rahatlıq və ya unikal fərqlilik.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 17:00
Cəmi 90 kkal — ətri ilə evinizi isidəcək kəsmikli alma
Cəmiyyət
Bu gün, 15:30
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
Dünya
Bu gün, 14:30
Mətbuat kralın səhhətindən yazır: əsa ilə gəzən monarx
Cəmiyyət
Bu gün, 13:30
Dəmirçi-Lahıc avtomobil yolu ÇÖKDÜ - VİDEO
Köşə
Bu gün, 12:30
Niyə ənənəvi dəyərləri qorumaq vacibdir?
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
Qatı, ətirli və acılı badımcan İKRASI
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO