Bu gün, 15:00 0 Kriminal / Dünya

Kolumbiyada qurbanlarını timsaha yedizdirən narkobaron ələ keçdi

Kolumbiyada qurbanlarını timsaha yedizdirən narkobaron ələ keçdi
“El Heraldo de Mexico”nun yazdığına görə, polis Robinson Zuluaga Arroyonu – “El Loco” kimi tanınan narkotaciri ələ keçirib. O, çoxsaylı insan itkinləri ilə bağlı araşdırma çərçivəsində Buenaventura liman şəhərində tutulub.

Arroyoya qarşı insanlara qarşı qətllər, narkotik dövriyyəsi və heyvan istismarı ilə bağlı ittihamlar irəli sürülüb. İstintaqın məlumatına görə, o, qurbanlarının qalıqlarını timsaha yedizdirirmiş. Polis həmin timsahı da saxlayıb.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: