Bu gün, 18:00 0 Dünya

Həqiqətənmi sığorta üçün? Britaniyal cərrah ayaqlarını özü kəsdirdi

Həqiqətənmi sığorta üçün? Britaniyal cərrah ayaqlarını özü kəsdirdi
The Guardian yazır ki, cərrah Nil Hopper ayaqlarını qəsdən donduraraq amputasiya etdirdiyi üçün sığorta şirkətinə yalan məlumat verib və 466 min funt sterlinq ödəniş alıb. O, məhkəmədə dələduzluq və ekstremal görüntülərin saxlanması ittihamlarını etiraf edib.

Məlumata görə, Hopper 2019-cu ildə ayaqlarını quru buzla donduraraq yararsız hala salıb. Məhkəmədə bildirilib ki, bu, onun uzun müddətdir daşıdığı seksual obsesiyası idi.

Alınan sığorta pulu ilə Hopper avtofurgon, jakuzzi, soba və tikinti işləri üçün xərclər edib.

Xatırladaq ki, 2024-cü ilin mayında Böyük Britaniyada norveçli Marius Gustavson da analoji iş üzrə məhkum edilmişdi – o, gizli amputasiya əməliyyatları apararaq görüntüləri “EunuchMaker” adlı saytda paylaşırdı.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: