Putin hədəfi açıq qoydu, Ukrayna bizim irsimizdir, onu geri alacağıq

Rusiya lideri Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) dörd saat davam edən əsas sessiyada gündəmdəki məsələlərə toxunub.
Putin Ukraynanın təslim olması üçün çalışmadıqlarını, lakin “sahədəki reallıqların qəbul edilməsini tələb etdiklərini” bildirib.
Rus ordusunun Ukraynanın Sumi bölgəsindəki irəliləyişindən danışan Putin deyib: “Sərhəd boyunca təhlükəsizlik zonası yaratmalıyıq, çünki oradan ukraynalı əsgərlər topçu və pilotsuz uçuş aparatları ilə hücumlar edir.”
Sumi şəhərinin hədəf olmadığını qeyd edən Putin, bölgənin 10-12 km dərinliyində irəlilədiklərini vurğulayıb: “Sumi’yi almaq məqsədimiz yoxdur, amma bunu nəzərdən qaçırmıram.”
Panel moderatorunun “Rus ordusunun Ukraynada nə qədər irəliləməyi planlaşdırdığı” sualına cavabında Putin bildirib:
“Rus və Ukrayna xalqları tək xalqdır. Bu baxımdan, bütün Ukrayna bizimdir. Rusiya əsgərinin ayaq basdığı yer bizimdir.”
Ukraynanın “kirl bombası” istifadə ehtimalına toxunan Putin:
“Bununla bağlı təsdiqlənmiş məlumatımız yoxdur. Amma Ukraynanın belə bir addımı çox böyük səhv olar. Nüvə doktrinamız buna çox sərt cavab verilməsini nəzərdə tutur və bu Neo-Nazi rejimi üçün fəlakətlə nəticələnər.”
“3-cü dünya müharibəsi riski artır”
Putin 3-cü dünya müharibəsi ehtimalına dair sualı belə cavablandırıb:
“Bununla bağlı narahatam, ehtimal artır. Xüsusilə Ukraynadakı hərbi toqquşmalar, Yaxın Şərqdəki vəziyyət və İranla bağlı risklər bunu artırır.”
“İqtisadi tənəzzülə icazə verilə bilməz”
Putin Rusiyanın iqtisadiyyatından danışaraq, balanslı və davamlı inkişafın vacib olduğunu vurğulayıb.
“Bəzi mütəxəssislər iqtisadi durğunluq və resessiya riskindən danışır. Buna heç bir halda icazə verilə bilməz,” deyə bildirib.
Rusiyanın yüksək texnologiyalardan daha çox istifadə etməli olduğunu söyləyən Putin, rəqəmsal rublun geniş istifadə üçün hazırlanacağını qeyd edib.
Hərbi sahədə müasir texnologiyaların tətbiqindən və dost ölkələrlə hərbi-texniki əməkdaşlıqdan da danışıb.
“Yeni dünya düzəni deyil, dəyişimin rəsmi təsdiqi”
Putin Rusiya və Çin arasında yeni dünya düzəninin yaradılmadığını, sadəcə bu dəyişimin rəsmi təsdiqləndiyini bildirib.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 19:00
Mask “flirt edən botlar” üçün mühəndis axtarır – illik 440 min dollar təklif edir
Dünya
Dünən, 18:00
Gürcüstan Aİ-nin təzyiqlərinə boyun əyəcəkmi?
Dünya
Dünən, 15:30
Tramp Bessenti FED rəhbərliyinə namizəd görmür
İdman
Dünən, 14:30
"Neftçi" heyətini gücləndirir
Türkiyə / Mədəniyyət
Dünən, 13:30
Ərdoğan cütlüyü “Ən Uzun Gecə” dastanının ilk nümayişində iştirak etdi
Sağlamlıq
Dünən, 13:00
Arıqladıcı həblərə qarşı Yeni Xəbərdarlıq
Populyar Xəbərlər
Bakıda motosiklet sürücüsünün təhlükəli hərəkəti - VİDEO
Kabaçok — mətbəxin yaşıl incisi: xama ilə bişmiş ləzzət - VİDEO
Süfrənin ulduzu olacaq: Bu kısır reseptinə hamı heyran qalacaq - VİDEO
Milli mətbuatın 150 illiyinə töhfə: BDU və İİTKM-dən “İctimaiyyətlə əlaqələrin əsasları” təqdim edildi
Qərbin silahları Rusiyanın planlarını pozur – Ukrayna sərhəddə üstünlük qazanır
Trump Zohran Mamdanini “kommunist dəli” adlandırdı