Rəsmi Bakı Mirzoyanın iddialarını əsassız adlandırıb

"25 mart 2025-ci il tarixində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi ilə birgə mətbuat konfransında guya Azərbaycanın sülh müqaviləsinin mətni üzrə razılaşma əldə edildikdən sonra yeni şərtlər irəli sürdüyü barədə iddiaları tamamilə əsassızdır".
“Ulusum”.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, Ermənistan xarici işlər nazirinə yaxşı məlumdur ki, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı müddəanın aradan qaldırılması, habelə Minsk Qrupunun rəsmən ləğvi tələbi son iki il yarım ərzində danışıqlar prosesinin vacib mövzuları sırasında olub.
"Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Konstitusiya, Ermənistan milli qanunvericiliyi, məhkəmə iddiaları və siyasi bəyanatlar barədə faktlar hələ 2023-cü ilin may ayında Vaşinqton görüşü zamanı Ermənistan tərəfinə təqdim olunub. Bu barədə üçüncü ölkələr də tam olaraq məlumatlıdırlar.
Qeyd edilənləri nəzərə alaraq, Ermənistan tərəfinin guya Azərbaycanın bu şərtləri yeni irəli sürdüyü barədə iddiaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır və bu taktika heç bir nəticə verməyəcək. Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasında maraqlıdırsa, vaxt itirmədən Konstitusiyasında dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, Minsk Qrupunun rəsmən ləğvi istiqamətində əməkdaşlıqdan boyun qaçırmamalıdır".

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 11:00
Qadınların immunitet sabitliyinin sirri açıldı
Dünya
Bu gün, 10:15
Moskva Vaşinqtona yeni səfir göndərir
Gündəm
Bu gün, 01:28
Vəkil Mehman Əliyev vəfat edib
Dünya
Dünən, 22:00
WSJ: İsrail HƏMAS-a təzyiqi davam etdirəcək
Populyar Xəbərlər
Cəsur və yaradıcı publisist - Əntiqə Qonaqova
Cəbrayıl şəhərində Novruz ilə bağlı bayram konserti təşkil olunub - FOTO - VİDEO
Balıqçının meyiti sabah Azərbaycana təhvil veriləcək
Gədəbəydə qar uçqununa düşən iki əsgərin nəşləri aşkar edilib
Tomas Kromvel: Tarix, Fantaziya və Yenidən Canlanma
Yeni Yaşınızda Daha Böyük Uğurlar!