Dünən, 19:30 0 Şou-biznes / Dünya

Fransız aktyoruna qarşı yeni ittiham: zorakılıq işi açılır

Fransız aktyoruna qarşı yeni ittiham: zorakılıq işi açılır
Fransız aktyoru Jerar Depardye yenidən məhkəmə qarşısına çıxacaq. Bu barədə RIA Novosti xəbər yayıb.

Məlumata görə, məhkəmə aktrisa Şarlotta Arnoya qarşı seksual xarakterli zorakılıq ittihamını araşdıracaq. Arno bildirib ki, 2018-ci ildə Depardye onu mənəvi təzyiq göstərərək cinsi əlaqəyə məcbur edib.

Aktrisa 2020-ci ildə rəsmi şikayət ərizəsi verib. O, hadisə vaxtı 22 yaşında olub və atasının dostu olan Depardyedən məsləhət almaq üçün yanına getdiyini bildirib. Hadisə ilə bağlı istintaq hələ də davam edir. Depardye isə ittihamları rədd edir.

Xatırladaq ki, bu il 13 mayda Paris məhkəməsi aktyoru “Yaşıl darvazalar” filminin çəkilişləri zamanı (2021-ci ildə) iki qadına qarşı seksual təcavüz səbəbilə günahkar bilmişdi. Müdafiə tərəfi Depardyenin yalnız kobud davrandığını, amma heç kimə toxunmadığını desə də, məhkəmə bu arqumentləri qəbul etməyib.

Nəticədə aktyor 18 ay şərti həbs və 20 min avro cərimə ilə cəzalandırılıb.

Ümumilikdə isə Depardye 20-dən çox qadın tərəfindən təcavüz və zorakılıqda ittiham olunub. Lakin əksər şikayətlər ya sübut çatışmazlığına, ya da hadisələrin çoxdan baş verməsinə görə rədd edilib.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: