Dünən, 21:00 0 Dünya

ABŞ prezidenti Çikaqoda cinayətkarlığa qarşı əməliyyat elan etdi

ABŞ prezidenti Çikaqoda cinayətkarlığa qarşı əməliyyat elan etdi
ABŞ prezidenti Donald Tramp Truth Social-dakı paylaşımında Çikaqonu dünyanın ən pis və ən təhlükəli şəhəri adlandırıb. O, şəhərdəki cinayətkarlıq problemini qısa müddətdə həll edəcəyini vəd edib, necə ki, bu, Vaşinqtonda həyata keçirilib.

Ağ Ev rəhbəri son həftəsonu statistikalarına diqqət çəkib: şəhərdə 54 atışma hadisəsi qeydə alınıb, onlardan 8-i ölümlə nəticələnib. Tramp bunu şəhərdə təhlükəsizlik böhranının sübutu kimi qiymətləndirib.

“Çikaqo — dünyanın ən pis və ən təhlükəli şəhəridir. [İllinoys ştatının qubernatoru Cey Bi] Pritsker yardıma çox ehtiyac duyur, sadəcə hələ bunu anlamır. Mən problemi Vaşinqtonda olduğu kimi tez bir zamanda həll edəcəyəm”, — deyə Tramp yazıb.


O, tezliklə şəhərin “yenidən təhlükəsiz olacağına” əminliyini ifadə edib. CNN-in məlumatına görə, Ağ Ev administrasiyası artıq bu həftə Çikaqoda cinayətkarlıq və qeyri-qanuni miqrasiyaya qarşı əməliyyata başlayır.

Əməliyyat çərçivəsində zirehli texnika, gömrük və immiqrasiya xidməti (ICE) agentləri və milli qvardiya bölmələri cəlb olunacaq. Rəsmi statistika göstərir ki, Çikaqo ABŞ şəhərləri arasında qətl sayına görə liderdir, Nyu-York və Los-Ancelesi qabaqlayır.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: