Dünən, 20:00 0 Dünya

Britaniya Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək

Britaniya Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağını açıqlayıb. Onun parlament üzvləri qarşısında səsləndirdiyi sözlərini Sky News yayıb.

Nazirin sözlərinə görə, Britaniya hökuməti artıq çox işlər görüb, o cümlədən neftin maksimal qiymət həddini aşağı salıb. Lemmi bunu “zəruri addım” adlandırıb.

O həmçinin vurğulayıb ki, Böyük Britaniya “Putinin hərbi maşınına qarşı dünyanın ən böyük sanksiya paketinin bir hissəsinə” çevrilib. Nazir əlavə edib ki, gələcək məhdudiyyətlər barədə indi danışa bilməz, amma yeni elanlar “çox tezliklə” veriləcək.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa liderlərinin “sakitləşmədiyini” və Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə “təkər qoymağa” davam etdiyini demişdi.

Kreml nümayəndəsi qeyd edib ki, Avropa ölkələri Kiyev hakimiyyətini “tamamilə absurda çevrilmiş” güzəştsiz mövqedə qalmağa sövq edir. Peskovun fikrincə, Ukrayna hakimiyyətinin Avropanın təsiri altında bu xətti davam etdirməsi “böyük səhvdir” və ölkə üçün “yaxşı nəticələnməyəcək, əksinə, vəziyyət daha da pisləşə bilər”.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: