Axşam yeməyi: Midiyalı və avokadolu - Brusketta
Gecə acanda nə atışdırım deyirsinizsə — bu resept tam sizlikdir!
Tərkibi:
- Tam buğda çörəyi (dilimlənmiş) – 120 q (4 dilim)
- Təmizlənmiş midiya – 200 q
- Avokado – 150 q (qabığı və çəyirdəyi çıxarılmış)
- Pomidor – 100 q
- Sarımsaq – 10 q (2 diş)
- Limon suyu – 15 q
- Zeytun yağı – 5 q
- Duz, qara istiot – zövqə görə
- Təzə göyərti – zövqə görə
Hazırlanması:
Çörək dilimlərini 180°C-də sobada 5–7 dəqiqə qızardın ki, xırtıldayan qabıq əmələ gəlsin. Midiyaları duzlu suda təlimata uyğun bişirin (qaynadıqdan sonra 3–5 dəqiqə). Sudan süzün və soyuması üçün kənara qoyun.
Avokadonu çəngəllə əzin, limon suyu əlavə edib duz və istiot vurun. Pomidoru xırda kub şəklində doğrayın. Sarımsağı xırdalayın. Soyumuş midiya, pomidor, sarımsaq və göyərtini qarışdırın.
Qızardılmış çörəyin üzərinə avokado pastası çəkin, üstünə isə midiyalı qarışıq əlavə edin. Zeytun yağı ilə səpin və dərhal süfrəyə verin.
100 qram üzrə qida dəyərləri
Kalori – 128.4
Zülal – 7.1 g
Yağ – 5.6 g
Karbohidrat – 11.2 g
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
28-04-2024, 16:45
Elə bir azərbaycanlı yoxdur ki, çörəyi yeməsin. ULUSUM.az saytının məlumatına əsasən, bütün dünyanın kökəlmə ilə
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
10-01-2026, 09:05
Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
