Psixodermatologiya: dərinin stressə reaksiyası
Dəri – bizim ən böyük və ən emosional orqanımızdır. Əgər biz stres vəziyyətindəyiksə, üzümüz bunu dərhal göstərəcək – və söhbət təkcə mimikadan getmir.
Psixodermatologiya nədir?
Ağıl və dərimiz arasındakı mürəkkəb əlaqəni psixodermatoloqlar öyrənir. Daxili orqanları xarici mühitdən qoruyan dəri, eyni zamanda, orqanizmin immun sistemində mühüm rol oynayır. O, hormonlar istehsal edir, toksinləri və metabolitləri xaric edir, bədən temperaturunu tənzimləyir və çoxsaylı sinir ucları sayəsində ağrı və zövqü hiss etməyə imkan verir. Üstəlik, beyinlə birlikdə psixoloji təcrübələrə fəal şəkildə reaksiya verir.
Mexanizm belə işləyir: beyin və sinir sistemi stressə reaksiya verən müxtəlif reseptorlar vasitəsilə dərinin immun hüceyrələrinə təsir göstərir. Emosional və ya psixoloji təzyiqə uyğunlaşmaq üçün orqanizm stres hormonu – kortizol ifraz etməyə başlayır. Kortizol təhlükəli vəziyyətlə mübarizədə kömək etsə də, eyni zamanda dərinin vəziyyətinə mənfi təsir edir. Sübut olunub ki, onun artıq miqdarı epidermisin qoruyucu funksiyalarını zəiflədir. Bu isə yaraların gec sağalmasına, akne, ekzema, psoriazın yaranma riskinə, eləcə də çirklənmələrə və iltihablara qarşı həssaslığın artmasına səbəb olur.
Dərinin vəziyyəti stress yarada bilərmi?
Bu proses tərsinə də işləyə bilər – dəri həm əhval-ruhiyyəyə təsir edə, həm də stresə səbəb ola bilər. Məsələn, vitiliqo və ya akne kimi dəri xəstəlikləri çox vaxt insanlarda özünəinamın azalmasına və utanc hissinə gətirib çıxarır. Bundan əlavə, bu cür hisslər zamanla depressiya və əsəb pozğunluqlarına çevrilə bilər. Məsələn, aparılan bir araşdırma göstərib ki, dərinin vəziyyəti ilə bağlı psixoloji pozğunluqlar səbəbindən xəstəxanaya yerləşdirilmə halları artmaqdadır.
Stresin dəriyə təsirini necə azaltmaq olar?
Hər kəs dəri problemlərinə eyni dərəcədə emosional reaksiya verməsə də, streslə mübarizə aparmağı öyrənmək faydalıdır. Bu prosesə sadə məşqlər, sağlam həyat tərzi və mənəvi praktikalardan istifadə edərək nail olmaq mümkündür.
Tənəffüs məşqləri
Orqanizmin daxili proseslərini normallaşdırmaq və emosiyalara nəzarət etməyi öyrənmək üçün effektiv bir tənəffüs məşqi tövsiyə edirik.
Tənəffüs məşqləri
✔ Düz oturun: Yerdə lotos və ya yarım-lotos pozasında əyləşin, belinizi düz saxlayın. Gözlərinizi bağlayın və bədəninizi möhkəm şəkildə yerə yerləşdirin.
✔ Dərin nəfəs alın: Burundan soyuq havanın daxil olduğunu hiss edin. O, bütün bədəninizi dolaşır, ayaqlarınıza doğru axır və sonra burun və ya ağız vasitəsilə isti hava kimi çıxır.
✔ Hisslərinizi izləyin: Hər nəfəs aldığınızda havanın burnunuzdan, boğazınızdan və ağciyərlərinizdən keçdiyini dərk edin. Qarının nəfəs alıb-vermə zamanı necə hərəkət etdiyini hiss edin.
✔ Havanın axınını anlayın: Bədəninizə daxil olan və çıxan havanı müşahidə edin. Dərin nəfəsin oyatdığı enerjini hiss edin.
Bu məşqi 10 dəfə təkrarlayın – stres yarada biləcək hadisələrdən əvvəl və ya onun öhdəsindən gəlmək istədiyiniz hər an rahatlamaq üçün istifadə edə bilərsiniz.
Meditasiya
Gündə cəmi 10 dəqiqə ayıraraq nəfəsinizə fokuslanın və tamamilə rahatlayın. (Əvvəlki yazılarda meditasiya üçün faydalı tətbiqlərdən bəhs etmişdik.) Bu effektiv üsul akne, alopesiya, atopik dermatit və psoriaz kimi dəri problemlərində kömək edə bilər.
İdman
Düzgün qidalanma
İltihabəleyhinə və antioksidant maddələrlə zəngin qidalar, eləcə də aşağı qlikemik indeksli məhsullar təkcə dərinin vəziyyətini deyil, həm də əhval-ruhiyyəni yaxşılaşdırır. Rasionunuza balıq, yumurta, yaşıl tərəvəzlər və parlaq rəngli meyvələr – alma, nar, portağal əlavə etməyi tövsiyə edirik.
Sağlam yuxu
Karantin dövrü bizə sağlam yuxu rejimini tənzimləmək üçün gözəl fürsət verdi. İdeal olaraq saat 22:00-23:00 aralığında yatmaq lazımdır, çünki məhz bu vaxt melatonin hormonu aktiv şəkildə ifraz olunur. Yuxu zamanı bu hormon:
✔ Kollagen liflərinin parçalanmasının qarşısını alır
✔ Dəridəki qızartıları azaldır
✔ Sərbəst radikalları C vitaminindən daha effektiv şəkildə neytrallaşdırır
Dərinin sağlam görünüşünü qorumaq üçün keyfiyyətli yuxuya xüsusi diqqət yetirin.
Alimlərin fikrincə, aerobik məşqlər və yoqa gərginliyi aradan qaldırmaq üçün ideal üsullardır. Bu səbəbdən, onlar trixotillomaniya (saç yolma) və nevrotik ekskoriasiya (dərinin qaşıyıb soyulması) kimi psixoloji mənşəli dəri xəstəliklərinin idarə olunmasında faydalı ola bilər.
Psixodermatologiya və daxili harmoniya
Psixodermatologiya hazırda inkişafının zirvəsindədir və yeni tədqiqatlar dəri ilə emosional sağlamlıq arasındakı əlaqə haqqında getdikcə daha çox məlumat təqdim edir.
Hər halda, stresin öhdəsindən gəlməyi bacarmaq təkcə dəriniz üçün deyil, bütün orqanizminiz üçün faydalıdır. Daxili harmoniya sağlamlıq və ümumi rifah baxımından əvəzsizdir.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
18-12-2024, 14:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti
6-07-2024, 17:56
İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Ulusum.az xəbər
16-01-2025, 10:00
Qış aylarında, havalar soyuqlaşdıqca, orqanizm özünü isti saxlamaq və enerji balansını qorumaq üçün bir sıra təbii
13-05-2024, 18:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa
4-06-2024, 19:45
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində
Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 21:00
TikTok videolarına görə ata qızını öldürüb
Hadisə
Bu gün, 20:52
Ekspert İlqar Əliyev həbs edilib
Hadisə
Bu gün, 20:43
Polkovnik Seymur Qurbanov dələduzluqda ittiham olunur
Siyasət
Bu gün, 20:32
XİN Fransa nazirinin iddialarına cavab verib
Şou-biznes
Bu gün, 20:30
Rihanna "A$AP Rocky"nin məhkəməsində iştirak edib
Maraqlı
Bu gün, 19:00
İsveçrədə yumurta hüceyrəsi və sperma donorluğuna icazə verməyi planlaşdırırlar
Maraqlı
Bu gün, 18:30
Stresslə necə başa çıxaq?
Populyar Xəbərlər
Bakıda "Çağdaş Dünya Rəssamları" adlı kataloqun təqdimat mərasimi gerçəkləşib
Florida sakininin heyvani məhsullarla bəslənməsi sağlamlıq problemlərinə yol açıb
ABŞ-da təyyarə qəzası zamanı dispetçerlərin danışıqları dərc edilib
Tramp Con Kennedinin öldürülməsi ilə bağlı gizli materialların dərc edilməsi haqqında sərəncam imzalayıb
GnS Economics: Trampın ilk 100 günündə Ukraynada eskalasiya gözlənilir
Mark Rütte: Putin Ukraynanın NATO-ya üzv olmasına qarşı çıxmaq haqqına malik deyil