Dünən, 18:48 0 Dünya

Ukrayna dronları Rusiya hərbi aerodromlarına hücum edib – “Hörümçək toru” əməliyyatı - VİDEO - FOTO

Ukrayna dronları Rusiya hərbi aerodromlarına hücum edib – “Hörümçək toru” əməliyyatı - VİDEO - FOTO
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən həyata keçirilən “Pautina” (“Hörümçək toru”) əməliyyatı çərçivəsində Ukrayna dronları Rusiya hərbi aerodromlarına hücum edib. Bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

İddialara görə, hücum nəticəsində 40-dan çox təyyarə, o cümlədən A-50, Tu-95 və Tu-22M3 məhv edilib. Rusiya Teleqram kanalları isə bu rəqəmin çox şişirdildiyini bildirərək, itkilərin 4 Tu-95 və 1 An-12 ilə məhdudlaşdığını qeyd edirlər.

Ukrayna dronları Rusiya hərbi aerodromlarına hücum edib – “Hörümçək toru” əməliyyatı - VİDEO - FOTO


SBU-nun məlumatına əsasən, hücumlar Murmansk vilayətindəki Olenya, İrkutsk vilayətindəki Belaya və digər aerodromlara həyata keçirilib. Qiymətləndirmələrə görə, Rusiya aviasiyasının ümumi itkisi 2 milyard dollardan çox ola bilər.

Eyni zamanda “İnterfaks-Ukrayna” xəbər verir ki, hazırda Belaya, Dyagilevo, Olenya və İvanovo aerodromlarında təyyarələr yanır.

Mətbuatın məlumatına görə, iyunun 1-də Ukrayna dronları Rusiyanın bir sıra regionlarındakı strateji bombardmançı bazalarına hücum ediblər. Belə ki, Murmansk və İrkutsk vilayətlərindəki aerodromlar hədəf alınıb – bu ərazilər Ukrayna sərhədindən 1 800 və 5 000 km məsafədə yerləşir. Sosial şəbəkələrdə isə dronların bazalara yaxınlaşan yük maşınlarından havaya qalxdığını əks etdirən videolar yayılıb.



Rusiya Teleqram kanallarında qeyd olunur ki, Murmansk və İrkutsk vilayətlərinin qubernatorları regionların dronlar tərəfindən hücuma məruz qaldığını təsdiqləyiblər. İrkutsk vilayətinin rəhbəri İqor Kobzev bildirib ki, dronlar həqiqətən də yük maşınından buraxılıb. Bu, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Sibir ərazisinə edilən ilk hücumdur.

My Webpage

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: