"Səssizliyin Səsi Olaq" Suverenlik İlində Eşitmə Məhdudiyyətli Uşaqlara Ümid Dolu Bayram

1 İyun – Uşaqlar Günü eşitmə və nitq məhdudiyyətli uşaqlar üçün unudulmaz bir günə çevrildi. “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin təşkilatçılığı və BRAVO marketlər şəbəkəsinin dəstəyi ilə həyata keçirilən “Səssizliyin səsi olaq!” adlı tədbir, “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümid Ağacı” Loqopedik Mərkəzinin uşaqları üçün sevinc və ümid dolu anlar yaşatdı.

Tədbirin ən yaddaqalan hissəsi, Play10 şəbəkəsinin Kinderland əyləncə mərkəzində baş tutdu. Uşaqlar burada doya-doya əyləndi, oyun oynadı və özlərini cəmiyyətin ayrılmaz bir parçası kimi hiss etdilər.

Tədbir yalnız əyləncə ilə məhdudlaşmadı; uşaqlara hüquqları, cəmiyyətə inteqrasiya və şəxsi bacarıqları haqqında məlumat verildi. Bu, onların gələcəyə daha güvənli və inamla addımlamalarına zəmin yaratdı.

Eşitmə və nitq məhdudiyyətli şəxslərin müasir texnologiyalarla ayaqlaşması onların cəmiyyətə daha fəal şəkildə inteqrasiyası üçün olduqca vacibdir.

Müasir texnologiyalar sayəsində onlar ünsiyyət qurmaq, məlumat əldə etmək və öz biliklərini inkişaf etdirmək imkanı qazanırlar. Bu da onların həm peşəkar sahədə, həm də sosial həyatda daha yararlı və dəyərli fərdlərə çevrilməsinə şərait yaradır.

“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin rəhbəri Cəmilə Çingizqızı və BRAVO marketlər şəbəkəsi inanırlar ki, hər bir uşaq bu dünyada yalnız səsi eşidilsin deyə yox, ürəklə duyulsun deyə var. Onlar artıq bu təşəbbüslərin real nəticələr verdiyinə inanır və bunu gördükləri üçün fəaliyyətlərini daha da genişləndirmək əzmindədirlər.

Ulusum.az olaraq biz də bu xeyirxah missiyanı işıqlandırmağı və Cəmilə Çingizqızının fədakar əməyinə dəstək verməyi mənəvi borcumuz hesab edirik. Sosial həssas qruplara yönəlmiş bu cür təşəbbüslərin davamlı olması üçün hər zaman onların yanında olmağa hazırıq.

“Səssizliyin Səsi Olaq” layihəsi təkcə bir günlük sevinc yox, həm də gələcək üçün ümid işığıdır. Bu tədbir eşitmə və nitq məhdudiyyətli uşaqların həyatında yeni üfüqlər açmaqla yanaşı, onların cəmiyyətə tam inteqrasiyasına və daha dəyərli fərdlər kimi formalaşmasına zəmin yaradır.
R.Daşdəmirova
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 16:00
Berlində “ölüm həkimi”nin məhkəməsi başladı
Dünya
Bu gün, 15:30
Tramp: Dohaya hücum qərarını mən yox, Netanyahu verib
İdman
Bu gün, 15:18
İlqar Nadiri vəzifəsindən ayrıldı
İqtisadiyyat / Dünya
Bu gün, 15:00
ABŞ-da “dollar dövrünün sonu” müzakirə olunur
Mətbəx
Bu gün, 14:00
Qışa tərəvəzli ragu hazırlayırıq
İdman
Bu gün, 12:30
Azərbaycan–Ukrayna oyunu 1:1 hesabı ilə başa çatdı
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
Çaytikanlı və zəncəfilli “soyuqdəymə qalxanı” resepti