Astarada kəndlərin birində vəhşi heyvan peyda olub - FOTOLAR

Astarada vəhşi heyvan bir kəndi qorxu altında saxlayır. Vəhşi heyvan artıq kənd sakininə xəsarət də yetirib.
Astara rayonun Rudəkəran kəndində məlum olmayan vəhşi heyvan kəndə hücum edib. İlk olaraq vəhşi heyvan kənd sakini 48 yaşlı Gündüz Abdullayevin həyətyani sahəsində görünüb. Belə ki, həyətdə olan itinin səsinə çölə çıxan Gündüz əvvəlcə elə bilib ki, hansısa digər kənd iti onun itinə hücum edib. Hadisə yerinə yaxınlaşanda isə naməlum heyvan ovunu buraxıb onun üzərinə atılıb. Hündür və güclü vəhşi heyvanın hücumundan əvvəlcə özünü itirib. Bədənindən müxtəlif xəsarətlər alan Gündüz Abdullayev son anda heyvana müqavimət göstərə bilib. Hücuma məruz qalan şəxs heyvanın çənəsini əlləri ilə aralı saxlayaraq onu parçalanmasına imkan verməyib. Vəhşi heyvan belə olduqda onu bir neçə metr sürüyüb aparmağa çalışıb. Yarım saat ərzində kənd sakini ilə əməlli-başlı güləşən heyvan yalnız ev yiyiəsinin həyat yoldaşı bıçaqla köməyə gəldikdən sonra buraxaraq qaçıb.
Kənd sakinlərinin deməsinə görə bu vəhşi heyvan kaftar cinsinə mənsubdur, lakin kifayət qədər hündür və güclüdür. İlk dəfədir ki, bu tip vəhşi heyvan kəndin içinə qədər daxil olur.
Vəhşi heyvanın hücumu nəticəsində müxtəlif
dərəcəli bədən xəsarətləri alan kənd sakini qonşuların köməyi ilə Astara rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona quduzluq əleyhinə vaksin vurulub.
Qeyd edək ki, kənd sakinləri bu hadisədən sonra uşaqların nəzarətsiz qalmamasına çalışdıqlarını bildirərək, kəndi hələ də qorxuda saxlayan naməlum heyvanın məhv edilməsi üçün müvafiq qrumların onlara kömək etmələrini xahiş edirlər.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 10:00
ABŞ və Çin razılaşdı: Ticarət fasiləsi 90 gün uzadıldı
Sağlamlıq
Dünən, 18:00
Zülal, yağ, karbohidrat – bəs niyə ayıraq ki?
Dünya
Dünən, 17:30
NATO-nun yeni planı: Putin geri çəkiləcəkmi?
Cəmiyyət
Dünən, 17:11
41 dərəcəyədək isti olacağı gözlənilir
Populyar Xəbərlər
Şair İbrahim İlyaslı nələrdən danışdı? - REPORTAJ
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
Ana qəlbinə toxunan şəfalı əllər – bir ürəyə ümid, bir ailəyə sevinc - FOTO
Bezos deyir: Bacarıq Tanrının payıdır, gələcək isə sənin seçimin
Doğum günü faciəyə çevrildi:18 yaşlı gənc dənizdə həyatını itirdi - VİDEO
Azərbaycanın ilk qadın gəmi kapitanı barəsində bədii film gəlir