Niyə ənənəvi dəyərləri qorumaq vacibdir?

Bəzən həyatda elə an olur ki, gözümün önünə uşaqlıqdan xırda xatirələr gəlir. Baba həyətin bir küncündə təsbeh çəkir, nənə samovarı qaynadır, evin içini çörəyin qoxusu bürüyür. Hamımız eyni süfrənin arxasında yığışırıq və mən özümü dünyanın ən təhlükəsiz yerində hiss edirəm. İndi anlayıram ki, o hissi mənə verən sadəcə baba-nənəmin varlığı yox, onların yaşatdığı dəyərlər idi.
Ənənəvi dəyərlər mənim üçün təkcə keçmişdən gələn adətlər deyil. Onlar mənim kimliyimdir. Mənim nənəmdən öyrəndiyim səbr, babamdan gördüyüm dürüstlük, anamın hər gün süfrəyə bismillahla başlaması, atamın qonşuya salamı — bunlar hamısı mənim ruhumun parçasıdır.
Bəzən müasir həyat bizi sürətlə öz ardınca aparır, texnologiya hər şeyi asanlaşdırır, amma içimdə bir qorxu var: görəsən, bu dəyişikliklər bizi dəyərlərimizdən uzaqlaşdırırmı? Əgər böyüyə hörmət, ailə sevgisi, qonşuluq münasibəti itdimi, o zaman biz kim olacağıq? Texnologiya ilə dolu dünya, amma boşalmış qəlblər…
Mən inanıram ki, ənənəvi dəyərləri qorumaq köhnəlikdə qalmaq deyil. Əksinə, gələcəyə güvənlə addımlamaqdır. Çünki köksüz ağac bar verməz. Bizim kökümüz nəsillərin mirasıdır. Əgər o kökü qoparsaq, sabah uşaqlarımız öz kimliklərini harada axtaracaqlar?
Ona görə də mənim üçün ənənəvi dəyərləri qorumaq — sadəcə babamın təsbehi, nənəmin çörəyi, anamın duası deyil. Bu, mənim sabahımı qorumaqdır. Mənəvi gücümü, milli kimliyimi, ailəmin sevgisini gələcək nəsillərə ötürməkdir.
Mən inanıram ki, ənənəvi dəyərlər bizim ən böyük sərvətimizdir. Onları itirsək, sadəcə keçmişi yox, həm də özümüzü itirəcəyik.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 17:00
Cəmi 90 kkal — ətri ilə evinizi isidəcək kəsmikli alma
Cəmiyyət
Bu gün, 15:30
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
Dünya
Bu gün, 14:30
Mətbuat kralın səhhətindən yazır: əsa ilə gəzən monarx
Cəmiyyət
Bu gün, 13:30
Dəmirçi-Lahıc avtomobil yolu ÇÖKDÜ - VİDEO
Köşə
Bu gün, 12:30
Niyə ənənəvi dəyərləri qorumaq vacibdir?
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
Qatı, ətirli və acılı badımcan İKRASI
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO