DİN KRİMİNAL XRONİKA

Gün ərzində ölkə ərazisində qeydə alınan 31 cinayətin açılması təmin olunub
19.05.2025
Mayın 19-da ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bakı və Sumqayıt şəhərlərində oğurluq edən 3 şəxs saxlanılıb
Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birindən qızıl-zinət əşyaları və 700 manat pul oğurlanıb.Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı S.Məmmədov saxlanılıb.Bundan başqa, Nəsimi və Nizami rayonlarında 2 nəfərin mobil telefonlarını oğurlamış 30 yaşlı A.Abbasov və 52 yaşlı C.Kərimov da saxlanılıblar.Araşdırmalar aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Mayın 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının mayın 19-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 29,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 19-da ümumi çəkisi 29,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 25,6 kiloqramdan artıq marixuana, 2 kiloqrama yaxın metamfetamin, 1 kiloqrama yaxın tiryək, 650 qram heroin və 12 ədəd çətənə kolu olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Mayın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 5 tüfəng və 8 ədəd patron aşkar edərək götürüblər.
Paytaxtda soyğunçuluq edən şəxs saxlanılıb
Sabunçu rayonu ərazisində talama cinayəti qeydə alınıb. Əlvan metalların alqı-satqısı ilə məşğul olan bir nəfərə naməlum şəxs yaxınlaşıb zor tətbiq etməklə pulunu ələ keçirib.Sabunçu RPİ 13-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə təqsirli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Rabil Quliyev müəyyən edilərək tutulub.Saxlanılan şəxsin üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanaraq götürülüb. R.Quliyev ifadəsində narkotik vasitə aludəçisi olduğunu etiraf edib.Faktla bağlı araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması təmin olunub
Mayın 18-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bank kartından oğurluq edən şəxs saxlanılıb
Binəqədi rayonunda bir nəfərin itirdiyi bank kartından 448 manat oğurlanıb.Məsələ ilə bağlı Binəqədi RPİ 6-cı Polis Bölməsinə daxil olmuş müraciət əsasında keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 24 yaşlı R.Talıbov müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Paytaxtın müxtəlif rayonlarında silah-sursat aşkarlandı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində işlər davam etdirilir.Keçirilən növbəti tədbirlər nəticəsində Suraxanı rayonu ərazisində 1 tüfəng, 1 qumbara və 17 patron tapılaraq götürülüb. Nəsimi rayonunda yaşayan bir nəfər isə 1 avtomat silahı və 7 patronu polisə könüllü təhvil verib.Bundan başqa, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında Nizami rayonu ərazisində keçirdikləri tədbir nəticəsində əvvəllər məhkum olunmuş 32 yaşlı Ə.Allahverdiyev saxlanılıb. Onun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı 1 tüfəng aşkarlanıb.Araşdırmalar aparılır.
Sabunçu rayonunda soyğunçuluq edən şəxs saxlanılıb
Sabunçu rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.Naməlum şəxs yeniyetməyə zor tətbiq edərək ondan pul alıb. Sabunçu RPİ 13-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı H.Quliyev müəyyən edilərək saxlanılıb.Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan metamfetamin müəyyən olunaraq götürülüb.Araşdırma aparılır.
Xətai rayonunda oğurluq edən 3 şəxs saxlanılıb
Xətai rayonu ərazisində yerləşən bir evin girişindən 850 manat dəyərində velosiped oğurlanıb.Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətmiş, əvvəllər məhkum olunmuş 36 yaşlı R.Əliyev saxlanılıb. Aparılan araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxs eyni gündə rayon ərazisindəki digər bir evin girişindən 865 manat dəyərində skuter də oğurlayıb.Bundan başqa, rayon ərazisində daha bir evdən oğurluq hadisəsi qeydə alınıb. Keçirilən tədbirlər nəticəsində 950 manat dəyərində təmir alətləri oğurlamış 24 yaşlı T.Mehdiyev və əvvəllər məhkum olunmuş 40 yaşlı A.Həsənov da saxlanılıblar.Araşdırmalar aparılır.
Sumqayıtda dələduzluqla 92 min manat maddi vəsait ələ keçirən şəxs saxlanılıb
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 35 yaşlı G.Güləliyev saxlanılıb.O, topdan mobil telefon satmaq adı ilə yalan vədlər verərək həmin şəxslərin ümumilikdə 92 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirib.Bundan başqa, şəhər sakini olan daha bir nəfər də polisə müraciət edərək dələduzluqla üzləşdiyini bildirib. Keçirilən tədbirlərlə zərərçəkənə 10 min manat maddi ziyan vurmuş 40 yaşlı R.Aslanov da saxlanılıb.Araşdırmalar aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Mayın 17-də və 18-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 18 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının mayın 17-də və 18-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 18 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 36 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 17-də və 18-də ümumi çəkisi 36 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,5 kiloqrama yaxın heroin, 25,6 kiloqrama yaxın marixuana, 4,3 kiloqrama yaxın tiryək, 1,3 kiloqramdan çox metamfetamin, 570 ədəd psixotrop tərkibli həb və 20 ədəd çətənə kolu olub.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Mayın 17-də və 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 4 qumbara, 8 tüfəng, 1 patron darağı və 54 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 20:30
Telegram qalmaqalı: Durov Fransanı ittiham etdi
Sağlamlıq
Bu gün, 20:00
"Popkorn Beyni" Sindromundan Necə Qurtulaq?
Dünya
Bu gün, 19:00
Fransa narkobaronları cəngəlliyə sürgün edir!
Cəmiyyət
Bu gün, 18:51
“Son zəng” iyunun 14-də keçiriləcək
Siyasət
Bu gün, 18:48
İlham Əliyevi təbrik etdilər
İqtisadiyyat
Bu gün, 18:18
Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayı niyə azalıb? - Açıqlama
Cəmiyyət
Bu gün, 18:08
Emin Əmrullayev Londonda gürcü həmkarı ilə görüşdü
Populyar Xəbərlər
Aysel Xanlarqızı Beynəlxalq Ədəbiyyat Mükafatına Layiq Görüldü
Bakı Qlobal Dəb Səhnəsində – MBFW Azerbaijan İşıqları Yandırdı! - FOTO
Tekirdağda Görməli Yerlər: Tarix, Təbiət və Mədəniyyətlə Dolu Unudulmaz Səyahət FOTO/VİDEO
Saakaşviliyə Ukraynanın agenti statusu verildi
“Freestyle Kings” Arenasında Qanadsız Uçuş - FOTO - VİDEO
Azərbaycanda taksi istifadəçilərinin sayında cüzi azalma qeydə alınıb