Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.
Albert Aqarunoviç Aqarunov 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Doqquz qardaşı və iki bacısı olan Albert ailəsinin sonbeşiyi idi. Çox erkən yaşlarından musiqilə maraqlanıb. Musiqi məktəbində nəfəs aləti truba sinfini bitirib.
Albert Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib. Hərbi xidmətə gedənə qədər ailəsinə kömək etmək üçün işləyib. 1987-ci ildə Aqarunov hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. 1989-cu ildə ordu sıralarından tərxis olunaraq Bakıya dönüb, Suraxanıda maşınqayırma zavodunda işləyib.
Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib.
Düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurub. Buna görə bu metod döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adını alıb. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoyublar.
Aqarunov 1992-cu ilin mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.
A.Aqarunov Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb.
Bakıda vaxtilə təhsil aldığı 154 nömrəli məktəb və Nərimanov rayonunda küçə hazırda onun adını daşıyır. Məktəbin önündə büstü qoyulub.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 15:30
Fidan: “Suriyada yaxın saatlarda atəşkəs gözlənilir”
Dünya
Bu gün, 15:00
Aİ Ukraynaya 2028–2034-cü illər üçün 100 milyard avroluq dəstək paketi təklif edir
Dünya
Bu gün, 14:00
Mark Zuckerberg 8 milyard dollarlıq iddia ilə üzləşib
Sağlamlıq
Bu gün, 12:00
Stress ürəyə, yaddaşa və həzmə necə zərbə vurur?
Populyar Xəbərlər
Bakıda motosiklet sürücüsünün təhlükəli hərəkəti - VİDEO
Kabaçok — mətbəxin yaşıl incisi: xama ilə bişmiş ləzzət - VİDEO
Qərbin silahları Rusiyanın planlarını pozur – Ukrayna sərhəddə üstünlük qazanır
Süfrənin ulduzu olacaq: Bu kısır reseptinə hamı heyran qalacaq - VİDEO
Milli mətbuatın 150 illiyinə töhfə: BDU və İİTKM-dən “İctimaiyyətlə əlaqələrin əsasları” təqdim edildi
Tanınmış jurnalistlə vida: Gülbəniz Arif qızı dünyasını dəyişdi