29-04-2024, 11:04 0 Gündəm / İqtisadiyyat

Alaq otları taxılda məhsuldarlığı AŞAĞI SALIR - EKSKLÜZİV - FOTO

Alaq otları taxılda məhsuldarlığı AŞAĞI SALIR - EKSKLÜZİV - FOTO
Yaz aylarında müşahidə edilən yağıntılardan sonra qərb bölgəsində əksər taxıl sahələrində alaq otlarına, xüsusən də türpənglərə çox rast gəlinir. Sahələrdə alaq otlarının çoxluğu taxılda məhsuldarlığı da aşağı salır. Mütəxəssislər isə bunun iqlimlə bağlı deyil, subyektiv səbəblərlə əlaqədar olduğunu düşünür. Yəni fermerlər vaxtında tədbirlər görmədiyindən indi bəzi fermerlərin taxıl sahəsi gül- çiçək sahəsini xatırladır.

Ulusum.az saytının Qərb Bürosunun məlumatına əsasən, taxıl sahəsi göz işlədikcə laləlik, türpəng və digər alaq otları ilə zəngindir. Qərb bölgəsinin rayonlarında da bu cür mənzərəyə rast gəlinir. Gözə xoş gəlsə də, bu heç də arzulanan hal deyil. Fermer payızda əkdiyi taxılı becərir, suvarır, yazda isə bu halla rastlaşdıqda təbii ki, məyusluq keçirir. Çünki belə olan halda məhsuldarlıqdan söhbət gedə bilməz.

Bəs taxıl sahələrinin bu cür vəziyyətə düşməsinə səbəb nədir?

Elçin Məmmədhüseynov – fermer: Taxılda bu ilki vəziyyət qənaətbəxş deyil. Belə ki yazda yağıntılar oldu taxılda alaq otları taxıldan üstünlük təşkil elədi. Ona görə də məhsuldarlıq aşağıdır, o qədər müsbət nəticə gözləmirik. Dərmanlanıb sahələr, herbisidlərlə dərmanlamışıq. Dərman keyfiyyətsizdir, nə qədər dərmanlanıbsa təsir göstərmir. Su məsələsi bir az çətinliklərimiz var. Hektara təxminən 4 ton 5 ton taxıl götürmüşük. Amma bu il bu gəlişlə 800 kilo olacaq o da öz xərcini heç cürə ödəmir".

Vaqif Məmmədov – fermer: "Hazırda taxıl sahəsinin yetkinləşən vaxtıdı. Mən hər dəqiqə sahədə gəzəndə sahəni alaq basdığını, türpəng, lalələrin sahəni təmiz örtüdüyünü görürəm, buna qarşı çalışıram ki mübarizə aparam, taxılın vegetasiya dövrü yaxınlaşır, hesab edirəm ki bura qoyduğum xərci ödəməyəcək. 4-5 ton məhsul götürdüyüm sahədən 800-900 kiloqram məhsul gözlənilir. Buna görə mübarizələrimiz davam edir. dərmanlama, suvarma işləri gedir. Nəticəsi, nə cür əmələ gəlməsi barədə bir söz demək əvvəlcədən mümkün deyil".

Məlum olur ki, taxıl sahələrində bu dənli bitkinin özündən çox, alaq otlarının olması elə birinci təsərrüfat sahibinin səhvidir. Mütəxəssislərin fikrincə, taxıl sahələrində alaq otlarının olmasının başlıca səbəbi növbəli əkinə əməl olunmamasıdır. O ki qaldı digər səbəblərə....

Saleh İsmayılov – aqronom: "Birincisi, elit toxum deyil. Öz toxumundan, keçən ilki toxumundan səpib. İkincisi, vaxtlı-vaxtında əkilib, suvarılmayıb. Üçüncüsü, amin duzları ilə dərmanlanmayıb. Ona görə də fermer özünə nə qədər bəraət qazandırır, qazandırsın, onun da bu işdə müəyyən qədər günahı var".
Bu halda ziyanı minimuma endirmək üçün nə etməli?

"Çıxış yolu odur ki, eləcə hazırda dərmanlamaq və suvarmaqdır ki, müəyyən miqdarda məhsul götürə biləsən. Yenə həmin məhsulu verməyəcək. Müəyyən miqdarda məhsul götürmək olar".

Qətb regionunda işini ehtiyatlı tutub vaxtında tədbirini görən fermerlər də az deyil. Onlar herbisitlərdən istifadə etdiklərindən taxıl sahələrinin bəzilərində belə çiçəklərə rast gəlinmir.

Qeyd edək ki, Tovuzda keçən il 15 min 84 hektar sahədə taxıl əkilib, bundan da 59 min 656 ton məhsul götürülüb.

Cari ildə 14 min 19 hektar sahədə taxıl səpilib. Taxıl biçininə isə qərb bölgəsində iyunun ortalarından start veriləcək.

ULUSUM.az saytının Qərb Bürosu.



Alaq otları taxılda məhsuldarlığı AŞAĞI SALIR - EKSKLÜZİV - FOTO





Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: