Paşinyan Azərbaycanla bağlı hansı addımı atacaq?

Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsi imzalanmazdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını mümkün hesab etdiyini bildirsə də, Ermənistanın yeni Konsitusiyasının qəbulunu sonraya saxlayır. O, rəsmi Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsiylə bağlı tələbini ölkəsinin daxili işlərinə qarışması kimi qiymətləndirib.
Bu barədə Ulusum.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu danışıb.
Politoloq şərhində bildirir ki, həmin Konstitusiyada qonşu ölkələrə ərazi iddiaları varsa, bu daxil məsələ deyil.
"Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddialarını əks etdirən bəndlər oradan götürülməyənə qədər bölgədə sülh və əməkdaşlıq mümkün deyil. Bu haqda Nikol Paşinyanın özünün də açıqlamaları var. Aydındır ki, yeni Konstitusiyanın qəbulu və referendumun müəyyənləşdirilməsi zaman tələb edir. Ancaq Azərbaycanın və Türkiyənin gözləntisi qonşulara qarşı ərazi iddialarını əks etdirən Konstitusiyanın dəyişdirilməsi ilə bağlı tələbi İrəvanda müzakirələrin başlaması və bununla bağlı komissiyanın formalaşdırılmasıdır", - deyə Elxan Şahinoğlu qeyd edib.
Qeyd edək ki, bu dəyişikliklərin həyata keçirilməsi, bölgədə sülh və sabitlik üçün vacibdir və Ermənistanın qonşuları ilə münasibətlərini yaxşılaşdırmaq üçün mühüm bir addım olacaq. Ermənistanın bu məsələdə göstərəcəyi iradə və atacağı addımlar, gələcəkdə Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülhün təmin edilməsinə əhəmiyyətli təsir göstərəcək.
Aymirə Ağamirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 21:00
Qəhvənin xoşbəxtlik hormonu effekti məlum oldu
Cəmiyyət
Dünən, 18:45
Azərbaycan əhalisinin sayı açıqlanıb
Dünya
Dünən, 16:30
Aİ sərhəd qaydalarını dəyişir
Türk dünyası / Türkiyə
Dünən, 16:00
İstanbul Baş Prokurorluğu: Korrupsiya və dələduzluqla bağlı geniş əməliyyat
Dünya
Dünən, 15:30
Vaşinqtonda sərt tədbirlər — Tramp kimə bənzədildi?
Mətbəx
Dünən, 15:00
Nektarinli Krambl — Yayın Ləzzəti - VİDEO
Populyar Xəbərlər
Filtrlərin arxasında itən gerçəklik
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Qışa hazırlıq: Bilənlər bilir…
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO