Nyu-Yorkda “legionerlər xəstəliyi”ndən dördüncü ölüm

Nyu-Yorkda dördüncü nəfər legionellyozdan (“legionerlər xəstəliyi”) dünyasını dəyişib. Bu barədə ABC telekanalı məlumat yayıb.
Bildirilib ki, xəstəliyə səbəb olan bakteriya artıq 10 binadakı 12 soyuducu qüllədə aşkar edilib. Onların arasında şəhər xəstəxanası və bir klinika da var. Eyni zamanda, 11 qüllədə bakteriyaya qarşı tədbirlər görülüb.
Legionellyoz — isti suda çoxalan Legionella bakteriyalarının törətdiyi təhlükəli pnevmoniya növüdür. Bu bakteriya insandan insana keçmir.
İyulun sonunda Nyu-Yorkda “legionerlər xəstəliyi”nin yayılması barədə məlumat verilmişdi. Mütəxəssislər artıq şəhərdəki bütün su soyutma sistemlərindən nümunələr götürüb və test nəticəsi pozitiv çıxan binaların dezinfeksiya olunmasını tapşırıblar.
Bu xəstəliyin ilk qeydə alınmış yayılması 1976-cı ildə Filadelfiyada olub. Həmin vaxt döyüş veteranlarının – legionerlərin qurultayında 200-dən çox iştirakçı xəstələnmişdi. Məhz bu hadisədən sonra xəstəliyə belə ad verilib.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 18:45
Azərbaycan əhalisinin sayı açıqlanıb
Dünya
Bu gün, 17:30
Nyu-Yorkda “legionerlər xəstəliyi”ndən dördüncü ölüm
Dünya
Bu gün, 16:30
Aİ sərhəd qaydalarını dəyişir
Türk dünyası / Türkiyə
Bu gün, 16:00
İstanbul Baş Prokurorluğu: Korrupsiya və dələduzluqla bağlı geniş əməliyyat
Dünya
Bu gün, 15:30
Vaşinqtonda sərt tədbirlər — Tramp kimə bənzədildi?
Mətbəx
Bu gün, 15:00
Nektarinli Krambl — Yayın Ləzzəti - VİDEO
Dünya
Bu gün, 14:30
ABŞ liderinin İsrail səfəri atəşkəsin taleyinə bağlıdır
Populyar Xəbərlər
Filtrlərin arxasında itən gerçəklik
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Qışa hazırlıq: Bilənlər bilir…
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO