Bu gün, 09:00 0 Dünya

Ərdoğan kimə qarşı məhkəmə iddiası qaldırdı? - FOTO

Ərdoğan kimə qarşı məhkəmə iddiası qaldırdı? - FOTO
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan əsas müxalifət partiyası – Xalq Cümhuriyyət Partiyasının (CHP) sədri Özqür Özələ qarşı məhkəmə iddiası qaldırıb. O, onu təhqirdə ittiham edərək mənəvi zərərə görə 1 milyon lirə (təxminən 24,5 min dollar) kompensasiya tələb edib. Bu barədə Türkiyə liderinin vəkili Hüseyn Aydın məlumat verib.

“13 avqustda CHP sədrinin prezidentimizə ünvanladığı yersiz açıqlamalar və əsassız ittihamlar səbəbindən Ankara birinci instansiya mülki məhkəməsinə 1 milyon türk lirəsi məbləğində mənəvi zərərin ödənilməsi ilə bağlı iddia ərizəsi təqdim olunub. Bundan əlavə, prezidentin təhqir edilməsi cinayətinə görə Ankaranın Baş Prokurorluğuna müraciət edilib,” – vəkil sosial şəbəkə X-də bildirib.


Qeyd edək ki, Türkiyə prezidenti bundan əvvəl də dəfələrlə CHP liderinə qarşı məhkəmə iddiaları qaldırıb. Türkiyə qanunlarına görə, prezidentin təhqir edilməsi cinayət məsuliyyəti yaradır.

Ərdoğan kimə qarşı məhkəmə iddiası qaldırdı? - FOTO


Ulusum.a

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: