23-04-2024, 14:46 0 Gündəm / Siyasət

Elxan Şahinoğlu: “Paşinyan KTMT-ni Azərbaycana görə İTTİHAM EDİR” EKSKLÜZİV

Elxan Şahinoğlu: “Paşinyan KTMT-ni Azərbaycana görə İTTİHAM EDİR” EKSKLÜZİV

Son vaxtlar Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını ittiham etdiyinin və bütün baş verənlərə görə qurumu günlandırır. Bir növ təşkilatdan uzaqlaşmağa çalışır. Ehtimal edilir ki,  avqust ayına qədər Erməniastan rəsmi şəkildə bu təşkilatı tərk etməsi barədə qərar verə bilər.


Bəs Paşinyanın bu addımı atmaqda səbəb nədir? Birdən-birə belə bir fikrə düşməkdə nə marağı var?


Ulusum.az saytına özəl olaraq açıqlama verən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Paşinyan və onun komandası hesab edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Azərbaycanla qarşıdurmada Ermənistanı guya müdafiə etməyib, ona dəstək olmayıb.


Onlar iddia edirlər ki, təşkilat üzvləri Azərbaycanla sıx əməkdaşlıq münasibətlərindədir, buna  olduğuna görə indiyədək Ermənistana dəstək olmayıblar. Halbuki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri haqlı olaraq bunu etməyiblər.

-         Birincisi, Qarabağ müharibəsi Azərbaycan ərazisində gedirdi.

-         İkincisi də, Ermənistanla Azərbaycan arasında sərhəd  müəyyənləşməyib. Ortada şərti sərhəd var. Belə olan halda, təşkilat Ermənistanı necə müdafiə edə bilərdi?”

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun bu günlərdə ermənilərə ünvanladığı “Siz hələ özünüz sərhədinizi müəyyən etməyibsiniz, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından sərhədinizin müdafiəsini tələb edirsiniz?” ittihamını xatırladan politoloq mövcud durumda təşkilatdan hər hansı dəstək gözləməyin Ermənistan üçün real görünmədiyini bildirib.  


Elxan Şahinoğlu güman edir ki, ola bilsin Ermənistanın baş naziri Amerikadan və ya Avropadan müəyyən vədlər alıb, buna görə KTMT-ni tərk etmək barədə düşünür.


Belə olan halda isə, şübhəsiz, Paşinyan Rusiya tərəfindən daha ciddi şəkildə cəzalarla üzləşə bilər.


Aymirə Ağamirova

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: