"İraq-türkman folkloru və ədəbiyyatı" mövzusunda beynəlxalq elmi-konfrans FOTO

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının və Kərkük Mədəniyyət Dərnəyinin ortaq təşkilatçılığı ilə görkəmli tədqiqatçı Əta Tərzibaşının anadan olmasının 100 illik yubileyinə həsr olunan "İraq-türkman folkloru və ədəbiyyatı" mövzusunda beynəlxalq elmi-konfrans keçirilib.
Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında saat 10.30-da Kərkük-Türkmən kitablarının yer aldığı guşə sərgilənib.
Sərgini açıq elan edən akademik İsa Həbibbəyli ilk olaraq tədbir iştirakçılarını salamlayıb. Sonra giriş sözü ilə akademik, Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu - İmanov çıxış edib.
Daha sonra türk dünyası Akademiyasının "fəxri professoru" Şəmsəddin Küzəçi nitqi dinlənilib.
Konfransda həmçinin Filologiya elmləri doktoru və professor Qəzənfər Paşayev də nitq söyləyib. O, "İraq-türkman ləhcəsinin tədqiqində Əta Tərzibaşı mərhələsi" mövzusu ətrafında geniş elmi məlumatlar verib.
Qazi Universitetinin doktoru, professor Ömər Türkmənoğlu isə Əta Tərzibaşının İraq-türkman musiqisinə qatqıları" mövzusunda danışıb.
"Türkməneli" qəzeti və "Türkməneli" Ədəbiyyat və Sənət Dərgisinin redaktoru Necat Kevseroğlu Əta Tərzibaşının həyatı və əsərləri mövzusuna diqqət çəkib.
Ulusum.az xəbər verir ki, tədbirdə həmçinin bir neçə türkmən musiqiçisinin ifası dinlənilib.
Musiqi fasiləsindən sonra konfrans öz işini elmi sessiyalarla davam etdirib.
Burada I, II, III olmaqla, bölmələr şəklində saat aralıqları elmi-məqalələrin dinlənilməsi, qəbul olunması uğurla həyata keçirilib və bütün mövzular İraq-Türkman ədəbiyyatı, dilçiliyi, sənətşünaslığına həsr olunub.
Azərbaycanlı alimlərin və gənc elmi mütəxəssislərin, elmi işçilərin, eləcə də azərbaycanlı alimlər tərəfindən Kərkük folkloru, dili, ədəbiyyatı, dilçiliyi ilə bağlı olan məqalələr dinlənilib.
İki günlük beynəlxalq elmi-konfrans sabah öz işini davam etdirəcək.
Qeyd edək ki, Kərkük Mədəniyyət Dərnəyinin Azərbaycan üzrə rəsmi təmsilçisi Azərbaycan Media İnkişaf Mərkəzinin rəhbəri, Yazıçı-publisist, AYB nin üzvü, fəxri Prezident təqaüdçüsü Rübabə Sahibdir.
Rübabə SAHİB

















Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Maraqlı
Dünən, 20:00
Botoks Həmişə Faydalı Deyil
Hadisə
Dünən, 18:59
Balakəndə CAMIŞ sahibini öldürdü
Sağlamlıq
Dünən, 17:00
Həddindən artıq duz beyinə necə təsir edir?
Kriminal
Dünən, 14:02
Sərhəddə külli miqdarda narkotik əldə edildi
Populyar Xəbərlər
Filtrlərin arxasında itən gerçəklik
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Qışa hazırlıq: Bilənlər bilir…
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO