"Kərkük musiqisinin tədqiqi məsələləri" adlı konfrans FOTOLAR - YENİLƏNİB Eksklüziv

Azərbaycan Milli Konservatoriyasında Kərkük Kültür Dərnəyinin təşkilatçılığı ilə "Kərkük musiqisinin tədqiqi məsələləri" adlı konfrans keçirilib.
Ulusum.az özəl olaraq xəbər verir ki, konfransın əsas danışanı Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova tədbiri açıq elan edib.
Daha sonra Filologiya elmləri doktoru, əməkdar elm xadimi folklorşünas, ədəbiyyatşünas, professor Qəzənfər Paşayev Kərkük-Azərbaycan ədəbi əlaqələrinin kökü, tarixi haqqında danışıb, həmçinin özünün bu sahədəki fəaliyyəti ilə bağlı geniş məlumat verib.
Konfransda iştirak edən İraq türkmən alimi, Kərkük mədəniyyət dərnəyinin rəhbəri, publisist, yazıçı Şəmsəddin Kuzəçi "İraqda keçmişdən indiyə - türkmən musiqisinin inkişafı"ndan geniş bəhs edib.
Tədbirdə həmçinin, Qazi universitetinin professoru, opera ifaçısı Ömər Türkmənoğlu, Makam və xoyrat ifaçıları Mehmet Kayababa və Mehmet Neccar "Türkman makamları", "Xoyratlar və türkman bəstələri" və s. mövzulardan söz açıblar.
Azərbaycan Milli Konservatoriyasının tələbəsi Zeynəb Bağır isə Azərbaycan və Kərkürk musiqi alətlərindən danışıb.
Konfransın rəsmi hissəsindən sonra bu sahədə geniş fəaliyyət göstərən şəxslərə sertifikatlar verilib, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, öz işini konsert proqramı ilə davam etdirən konfrans axşam saatlarına kimi davam edəcək.

Qeyd edək ki, konfransdan sonra Kərkük Mədəniyyət Dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçi tərəfindən Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimiyə plaket bağışlanıb, həmçinin "Təşəkkürnamə" Fəxri Diplom təqdim olunub.

Görüş çərçivəsində "Kərkükdən Azərbaycana" adlı musiqi gecəsi təşkil olunub. Burada Kərkük ifaçılarından Mehmet Neccar, Ömer Türkmenoğlu və Mehmet Kaya möhtəşəm çıxışlar ediblər. Eyni zamanda Azərbaycan ifaçılarından - Nuriyə Hüseynova, Sədəf Budaqova, Ayşən Mehdiyeva, Yaqut Xəlilova, Gülzar Fərəcova, Pərvaz İbrahimli və Rəvan Qaçayevin ifaları gecəyə xüsusi rəng qatıb. Həmçinin konsert proqramında "Azərbaycan Milli Şərq" ansamblının təqdimatında birin-birindən maraqlı musiqi nümunələri səsləndirilib.

Aymirə Ağamirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 09:00
Zelenski Putinin ultimatumunu rədd etdi
Maraqlı
Dünən, 20:00
Botoks Həmişə Faydalı Deyil
Hadisə
Dünən, 18:59
Balakəndə CAMIŞ sahibini öldürdü
Hadisə
Dünən, 18:30
Müğənni Rəqsanə İsmayılova həbs edildi
Sağlamlıq
Dünən, 17:00
Həddindən artıq duz beyinə necə təsir edir?
Hadisə
Dünən, 16:30
Vidadi Babanlı vəfat edib
Populyar Xəbərlər
Filtrlərin arxasında itən gerçəklik
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Qışa hazırlıq: Bilənlər bilir…
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO