4-05-2024, 14:47 0 Gündəm

BİABIRÇILIQ: Bağça müdirinin SƏS YAZISI

BİABIRÇILIQ: Bağça müdirinin SƏS YAZISI
Abşeron rayonunun Xırdalan şəhərində direktorun müəllimlərdən pul tələb etdiyi iddia olunan uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb.

Ulusum.az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazısı barədə məlumatlıdırlar: "Hazırda Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən nəzarətə götürülüb, araşdırma aparılır. İctimaiyyətə araşdırmanın nəticələri barədə məlumat veriləcək".

Qeyd edək ki, F.Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazısında müəllimlərdən pul tələb etdiyi iddia edilir. Müəllimlərlə iclas zamanı xəlvəti qeydə alındığı ehtimal olunan səs yazısında direktor xaricdən son model "GL Mercedes" gətirtdiyini, özünün və qızlarının evi olduğunu, hər cür imkanı olduğunu vurğulayır. Qeyd edir ki, lazım gəlsə öz hesabına bağça üçün hər şeyi edər, amma hazırda həmin bağçada çalışan müəllimlərlə işləmək istəmir: "Mən heç bir müəllimlə işləməyəcəyəm. Ya həddə-kəməndə gələcəksiniz, ya elə edin ki, sabah qapımda durub bir şey xahiş edəndə, mən də sizə keçim.
...Siz məni dolamısınız? 24 uşaqdan cəmi 3 uşağın fond pulunu Yeganə müəllim gətirib. Mən 1135 manat mən jalüz ustasına pul göndərməliyəm. Problem deyil, o pulu mən evimdən də göndərə bilərəm. Amma niyə? Nə qədər siz burada oturub özünüzü yelləyəcəksiniz?"

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: