Bağça müdiri niyə QOVULDU?

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən bir sıra təhsil müəssisələrində yoxlama və monitorinqlər aparılıb.
Təhsil idarəsindən ULUSUM.az-a verilən məlumata görə, yoxlama və monitorinqlər əsasən təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, tədris-pedaqoji və metodiki sənədlərlə işin təşkili vəziyyəti, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizatın və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi və digər məsələlər ilə bağlı aparılıb.
Yoxlamalar nəticəsində təhsil müəssisələrində əmək qanunvericiliyinin tələblərinin pozulduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı, müəssisəyə rəhbərlik və nəzarətin zəif təşkil olunduğu, mövcud qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, digər nöqsan və çatışmazlıqlara yol verildiyi aşkar edilib.
Aşkar edilmiş nöqsanlara əsasən, müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Gəncə şəhər 52 saylı körpələr evi - uşaq bağçasının müdiri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən tutduğu vəzifədən azad edilib.
Bildirilir ki, yoxlama və monitorinqlər sistemli və ardıcıl şəkildə davam etdirilir.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 09:30
Ağ Evdən iddia: Tramp Rusiyanın üstünlüyünü qəbul edir
Dünya
Dünən, 21:00
ABŞ siyasəti dəyişə bilər: diplomatiyaya son şans
Dünya
Dünən, 20:00
Rusiya PVO qüvvələri 54 Ukrayna dronunu vurdu
Maraqlı
Dünən, 17:00
“Gözəllik menyusu”: dəri üçün qızıl üçlük
Texnologiya
Dünən, 16:30
Zəngə cavab vermədilər? WhatsApp yeniliyi
Mətbəx
Dünən, 16:00
Mərcangilə jelesi – qışa yaqut rəngli desert
Populyar Xəbərlər
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Marilyn Monroe-nun ölümündə gizli faktlar üzə çıxdı - FOTO
Bu tarixdən etibarən dərmanlar əhaliyə pulsuz çatdırılacaq