Əhmədin anasının yerinə görün kim keçdi? FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub.
ULUSUM.az bildirir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, sözügedən məktəbin vakant olan direktor vəzifəsinə 16 aprel 2024-cü il tarixindən Məmmədov Fəzail Salman oğlu təyin olunub.
Fəzail Məmmədov 2019-2023-cü illərdə paytaxtdakı 250 nömrəli, 2023-2024-cü illərdə isə 314 nömrəli tam orta məktəbdə direktor vəzifəsində fəaliyyət göstərib.
Qeyd edək ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 21:00
Düşüncələrin sehri bir fincanda gizlənib
Sağlamlıq
Dünən, 19:30
Kolon xərçənginə qarşı yaşıl qalxan
Sağlamlıq
Dünən, 19:00
Baş ağrılarının gizli səbəbi?...
Hadisə
Dünən, 17:45
Rəqsanənin həyat yoldaşına cinayət işi açıldı
Dünya
Dünən, 16:30
Suriya və İsrail danışıqlarda irəliləyiş əldə etdi
Dünya
Dünən, 16:00
Şimali və Cənubi Koreya sərhədində növbəti insident
Cəmiyyət
Dünən, 15:13
Sosial müavinətlərlə bağlı statistika açıqlanıb
Populyar Xəbərlər
Ulusum.az təqdim edir: Fuad Coğitabatı ilə düşüncə dolu söhbət - VİDEO
Trampın əlindəki göyərmə yenə diqqət çəkdi
Hövsanda 31 yaşlı kişi qətlə yetirilib
Bakıda liposaksiya qalmaqalı: Gülbadə Abdullayevadan açıqlama - VİDEO
Bu tarixdən etibarən dərmanlar əhaliyə pulsuz çatdırılacaq
Trampın xüsusi elçisini “gəzən fəlakət” adlandırdılar