60 yaşdan sonra kişiləri təhdid edən gizli düşmən
Prostat vəzi xəstəlikləri arasında prostat xərçəngi, yaşlı kişilər üçün ən ciddi təhlükələrdən biridir. Yalnız ağciyər xərçəngindən sonra ikinci yerdə qərarlaşan bu xəstəlik xüsusilə 60–70 yaş aralığında geniş yayılıb. “SM-Klinika”nın onkouroloqu Anton Odeqnal “Gazeta.ru”ya verdiyi müsahibədə prostat xərçənginin ilk əlamətləri və erkən diaqnozun əhəmiyyəti barədə məlumat verib.
Həkimin sözlərinə görə, xəstəliyin 70%-dən çoxu 60 yaşdan yuxarı kişilərdə aşkarlanır. Amma son illər gənc yaşlı kişilər arasında da bu diaqnozla qarşılaşanların sayı artır.
“Prostat xərçəngi digər onkoloji xəstəliklərə nisbətən daha yavaş inkişaf edir və uzun müddət heç bir simptom verməyə bilər. Bu isə kişilərdə sağlamlıq illüziyası yaradır”, – deyə Odeqnal bildirib.
Lakin şiş böyüdükcə xəstəliyin əlamətləri də ortaya çıxır və bu adətən gecikmiş mərhələlərdə baş verir. Şiş sidik kanalına təzyiq etdikdə, sidik ifrazında problemlər yaranır. Daha ağır hallarda isə xərçəng sümüklərə, sidik kisəsinə və bağırsaqlara metastaz verə bilər.
Prostat xərçənginin xəbərçisi olan simptomlar:
Sidikdə qan və ağrılı sidik ifrazı
İstəmədən sidik qaçırma, gecə tez-tez sidiyə çıxmaq
Sidik kisəsinin tam boşalmaması hissi
Cinsiyyət orqanlarında ödem, qasıqda limfa düyünlərinin böyüməsi
Cinsi zəiflik, ereksiya problemləri
Mütəxəssis PCA (prostat-spesifik antigen) testinin də vacibliyini vurğulayıb. 4 ng/ml-dən yuxarı nəticə prostatda patologiyanın başladığını göstərir, 10 ng/ml və daha çox isə çox vaxt bədxassəli şiş və metastaz ehtimalı deməkdir.
"Əgər kişi vaxtaşırı müayinədən keçərsə və PSA analizini etdirərsə, prostat xərçəngi erkən mərhələdə aşkarlana bilər. Bu mərhələdə müalicə uğuru 98%-ə qədər çatır", – deyə Odeqnal vurğulayıb.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 18:30
Kərə yağını necə təzə saxlamaq olar?
Sağlamlıq
15-12-2025, 14:30
Əti necə dondurmalıyıq?
Sağlamlıq
15-12-2025, 11:44
Psixologiya – doğru insan seçiminin açarıdır