Rubio: ABŞ və Rusiya səfirliklərinin fəaliyyəti bərpa olmalıdır

“Ulusum”.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin katibi Marko Rubio bazar günü bildirib ki, ABŞ və Rusiya Moskva və Vaşinqtondakı səfirliklərin işi ilə bağlı ikitərəfli məsələləri həll etməlidir, çünki bu, onlara Ukrayna münaqişəsinin nizamlanması üçün kommunikasiya kanalları yaratmağa imkan verəcək.
"Rusiya ilə sülh yolu ilə həlli müzakirə etmək imkanımız olsa, bunun üçün Moskva və Vaşinqtonda normal fəaliyyət göstərən səfirliklərə ehtiyacımız olacaq. Və bu mövzunun nazirlər səviyyəsində müzakirəsi tamamilə normaldır", - o, CBS telekanalına müsahibəsində deyib.
Rubio bildirib ki, o, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bu yaxınlarda telefon danışığı zamanı ABŞ-ın Rusiyadakı səfirliyinin işi ilə bağlı məsələ qaldırıb. "Mən Moskvadakı səfirliyimizlə bağlı məsələ qaldırdım. O, çox çətin şəraitdə fəaliyyət göstərir. Bu, vacib məsələdir, çünki oradakı səfirliyimiz öz funksiyalarını yerinə yetirə bilməsə, Rusiya ilə əlaqə yaratmaq çətindir", - Dövlət Departamentinin rəhbəri qeyd edib.
O vurğulayıb ki, Lavrov, öz növbəsində, “ABŞ-dakı səfirliyinin işi ilə bağlı narahatlığını ifadə edib”.
“Mən əvvəllər cənab Lavrovla heç vaxt danışmamışdım, ona görə də bu, bizim həmin ünsiyyət kanalını açmaq üçün fürsət oldu”, - Rubio əlavə edib.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 14:00
Ukrayna münaqişəsinin "bu həftə" həlli tapılacaq
Dünya
Bu gün, 13:30
Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi işdən çıxarılıb
Maraqlı
Bu gün, 13:00
Demensiyası olan üçün təhlükəsiz ev
Maraqlı
Bu gün, 12:00
Ana bətnində genetik xəstəlikdən xilas oldu
Dünya
Bu gün, 11:00
ABŞ-da "200 yaşlı" feyk pensiyaçılar dollar israf edir
Ədəbi sənət
Bu gün, 10:30
Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunacaq
Cəmiyyət
Bu gün, 10:04
Qarlı hava nə vaxta qədər davam edəcək?
Maraqlı
Bu gün, 10:00
Xərçəng əleyhinə yeni bitki
Cəmiyyət
Bu gün, 09:55
Rövşən Əsgərov Rusiyaya borclanıb
Maraqlı
Bu gün, 09:30
Diş pastasında təhlükəli komponent
Dünya
Bu gün, 09:00
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib