Zelenskidən sərt mesaj: Sükuta sükut, zərbəyə cavab olacaq!

Əgər Rusiya Federasiyası cəbhədə tam sükuta hazırdırsa, Ukrayna da güzgü prinsipi ilə — rus tərəfinin davranışına uyğun şəkildə — hərəkət edəcək.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında yazıb.
“Əgər Rusiya indi qəfil şəkildə tam və qeyd-şərtsiz sükut formatına həqiqətən qoşulmağa hazırdırsa, Ukrayna da cavab olaraq eyni şəkildə davranacaq: sükuta sükutla, zərbəyə müdafiə ilə cavab veriləcək. Əgər həqiqətən tam sükut baş verərsə, Ukrayna onun 20 aprel pasxa gecəsindən sonra da uzadılmasını təklif edir. Bu da Rusiyanın əsl niyyətlərini göstərəcək. Çünki 30 saat başlıqlar üçün yetərlidir, amma etimadı bərpa etmək üçün yox. 30 gün isə sülh üçün bir şans ola bilər,” – deyə Zelenski bildirib.
O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanının hesabatına əsasən, hazırda cəbhənin bəzi istiqamətlərində Rusiya tərəfindən hücumlar davam edir və artilleriya atəşi də səngimir.
“Bu səbəbdən Moskvadan gələn sözlərə etibar yoxdur. Biz Moskvaya necə manipulyasiya etdiyini çox yaxşı bilirik və hər şeyə hazırıq. Ukraynanın müdafiə qüvvələri rasional şəkildə hərəkət edəcək və hər bir Rusiya hücumuna kifayət qədər cavab veriləcək,” – deyə dövlət başçısı vurğulayıb.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Şou-biznes
Bu gün, 15:00
Yıldız Tilbe-nin makiyaj paylaşımı bəyənilmədi — pərəstişkarları fotoshop etdi
Sağlamlıq
Bu gün, 13:30
Alimlər: tərəvəzlərdəki zeaksantin xərçəng hüceyrələrinə qarşı güclü silahdır
Siyasət
Bu gün, 13:00
Nadir Adilov BMT-nin Komitəsinə sədr müavini seçildi
Cəmiyyət
Bu gün, 12:30
Daha 18 milli standart hazırlanaraq təsdiq edilib
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə