ABŞ Tələbə və Mübadilə Vizalarında Yeni Təhlükəsizlik Yoxlamalarına Başladı

ABŞ Dövlət Departamenti may ayında dayandırdığı tələbə və mübadilə proqramları iştirakçıları üçün viza müraciətlərinin qəbulunu yenidən bərpa edib. Lakin eyni zamanda müraciətçilərin təhlükəsizlik yoxlamaları üzrə yeni qaydalar tətbiq olunmağa başlayıb.
Yeni tələblər diplomatik nümayəndəliklərə göndərilən rəsmi teleqramda əksini tapıb. Sənədə əsasən, F, M və J kateqoriyalı vizalara müraciət edən şəxslərin “bütün onlayn fəaliyyətləri” — o cümlədən sosial şəbəkə profilləri, internet axtarışları və digər mövcud məlumat bazaları diqqətlə yoxlanacaq. Müraciətçilərin sosial media profillərinə girişin məhdudlaşdırılması onların niyyətlərini gizlətdikləri kimi qiymətləndirilə bilər.
Yeni prosedurun məqsədi ABŞ vətəndaşlarına, mədəniyyətinə, hökumətinə, institutlarına və əsas dəyərlərinə qarşı düşmən münasibət bəsləyən şəxsləri müəyyən etməkdir. Həmçinin, terrorizmi dəstəkləyən, milli təhlükəsizliyə təhdid yaradan, antisemit çıxışlar edən və yəhudilərə qarşı qanunsuz təqib aparan şəxslər diqqətdə saxlanacaq.
Xüsusi diqqət siyasi fəallıq göstərən müraciətçilərə veriləcək. Konsul işçiləri onların ABŞ-da bu fəaliyyətlərini davam etdirmə ehtimalını qiymətləndirəcək.
Teleqramda qeyd olunur ki, FTB uzun müddətdir xəbərdarlıq edir ki, “xarici dövlətlər ABŞ-ın ali təhsil müəssisələrinə daxil olmaq üçün cəhdlər edir, texnoloji məlumatları ələ keçirmək, elmi araşdırmaları istifadə etmək və siyasi ya digər məqsədlərlə yalan məlumat yaymaq niyyətindədirlər.”
Yeni tələblər həm yeni müraciətçilərə, həm də təkrar viza almaq istəyənlərə şamil edilir. Səfirliklərə və konsulluqlara beş iş günü ərzində bu standartları tətbiq etmək tapşırılıb. Lakin bu yoxlamaların konsul işçilərinin müraciətləri əvvəlki kimi sürətlə emal etməsinə imkan verib-verməyəcəyi hələlik məlum deyil.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 20:30
Yeni sanksiyalar dalğası: kimlər hədəfdədir?
Sağlamlıq
Dünən, 19:00
Ana südünə ən yaxın süd hansıdır? - FOTO
Dünya
Dünən, 18:30
ABŞ–Tayvan görüşü niyə gizli saxlanıldı?
Cəmiyyət
Dünən, 15:30
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
Qatı, ətirli və acılı badımcan İKRASI
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO